Şimali Koreya lideri COVID-19 ilə əlaqədar ordunu səfərbər etdi
Şimali Koreya lideri Kim Çen In koronavirus pandemiyasına görə dərmanları əhaliyə vaxtında çatdırmadıqlarına görə məmurları qınayıb və paytaxt apteklərinin dərman təminatını stabilləşdirmək üçün orduya səfərbər olunmasını əmr edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Yonhap" Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, Kim Çen Inın sədrliyi ilə Koreya Fəhlə Partiyası koronavirus epidemiyasının qarşısının alınması tədbirlərini müzakirə etmək üçün fövqəladə iclası çağırıb. Görüş zamanı o, Siyasi Büroya dövlət ehtiyatından dərman preparatlarının dərhal buraxılması və vaxtında çatdırılması ilə bağlı göstəriş verib.
Bundan əlavə KXDR lideri ordu qüvvələrinin cəlb edilməsi ilə Pxenyan şəhərinin dərman təchizatının stabilləşdirilməsi haqqında sərəncam verib.
Agentliyinin verdiyi məlumata görə, Şimali Koreyada son 24 saat ərzində daha 8 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb.
Qeyd edək ki, mayın 12-də "TsNAK" Xəbər Agentliyi ölkədə ilk dəfə olaraq koronavirusun aşkar edildiyini bildirib. Bununla bağlı Kim Çen In ölkənin bütün şəhər və rayonlarında karantin rejimi tətbiq etməyi tapşırıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto