Şizofreniya xəstələrinə dərmanlar verilmir: Səhhətləri ağırlaşıb - Ətrafa TƏHLÜKƏ SAÇIRLAR
Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlarını ala bilmirlər.
KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, Goranboy rayon Qazanbulaq qəsəbə sakini Coşqun Ricai anası və qardaşı üçün lazım olan dərmanların TƏBİB tərəfindən 1 ildən artıqdır ki, verilmədiyini iddia edib.
Dediyinə görə, 63 yaşlı anası Taliyə Əliyeva və 42 yaşlı qardaşı Nurlan Ricai 19 ildir ki, şizofreniya xəstəliyindən əziyyət çəkirlər. Dövlət tərəfindən verilən dərmanları qəbul etmədikdə səhhətlərində ciddi problemlər yaşanır. Hər iki şəxs evdə əşyaları sındırır, işıq, qaz sayğaclarına müdaxilə edirlər. Qəsəbə sakini həmin dərmanların xeyli vaxtdır verilmədiyini, əvəzedicilərinin isə onlara kömək etmədiyini bildirir. Bu səbəbdən həm anasının, həm də qardaşının vəziyyəti günbəgün daha da ağırlaşır.
Coşqun Ricai bildirib ki, anası ali təhsilli olub, uzun illər müxtəlif vəzifələrdə çalışıb, qardaşı isə hərbi xidməti başa vurub geri qayıtdıqdan sonra səhhətində narahatlıqlar yaranıb. O bildirib ki, anası və qardaşı hazırda ömürlük 2-ci qrup əlildirlər.
Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ araşdırılır.
Ətraflı süjetdə:
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü