SOCAR-dan Xəzərdə yaranan yeni ada barədə MƏLUMAT - VİDEO
İyulun 4-də Xəzərdə baş verən partlayış barədə məlumatlar sosial şəbəkələrdə sürətlə yayıldı.
Oxu.Az xəbər verir ki, partlayışın ilkin səbəbinin heç kimə məlum olmaması dənizdə, platformalarda çalışan yaxınları olan insanları daha da təlaşlandırdı. Bir sıra qurumlar təcili olaraq məsələ ilə bağlı açıqlama yayaraq insanların narahatlığına son verməyə çalışdılar.
Bu məqamda xüsusilə SOCAR rəsmilərinin, eləcə də SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun dərhal məsələyə müdaxilə etməsi təqdirəlayiqdir. İlkin açıqlamada məsələnin SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərindən birində baş vermədiyi bildirildi.
Bu əhali arasında yaranan təlaşı aradan qaldırdı. Daha sonra isə aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində partlayışın palçıq vulkanın püskürməsi nəticəsində baş verdiyi məlum olub.
Bütün bunlara rəğmən aidiyyəti qurumlarla yanaşı SOCAR da bu məsələni diqqətdə saxlayır.
Qeyd edək ki, sözügedən palçıq vulkanı sahildən 30 km məsafədə Daşlı Ada deyilən ərazidə səkkiz dəqiqəyə yaxın püskürüb. Həmin vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb. Belə ki, Abşeron Arxipelaqında səkkiz belə ada var.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar