SOCAR neft və qaz hasilatını artırıb

SOCAR neft və qaz hasilatını artırıbSOCAR 2020-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.
Şirkətdən Trend-ə bildirilib ki, 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton1 neft, 1,8 milyard kubmetr qaz hasil etmişdir. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr , neft hasilatı 9,3 milyon ton təşkil edib. SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.
SOCAR 26 min metrə yaxın, o cümlədən mart ayında təqribən 9 min metr həcmində qazma işləri həyata keçirib.
2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın9 xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.
Cari ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5.4 milyon tona yaxın xam neft, 3,5 milyard kubmetr həcmində təbii qaz ixrac olunub. Ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur. Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton təşkil edib.
Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın14 metanol, 43 min tona15 yaxın karbamid ixrac edilib. "SOCAR Polymer" tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq16 olmuş, bunun da 43 min tondan çoxu 17 , yəni 89%-i ixraca göndərilmiş, 5%-ə yaxın hissəsi18 isə daxili bazarda reallaşdırılıb.
Bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərə çarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib. Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalmış, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlib.
Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 14 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər