SOCAR peşəkar kurslara start verdi - FOTO
SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verib.
Dövlət Neft Şirkətindən Azxeber.com-a verilən məlumata əsasən, "SOCAR Midstream" Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində təşkil olunan kurslarda iştirak etmək üçün müsabiqəyə ümumilikdə 628 nəfər müraciət edib.
Müraciətlərin çoxluğu nəzərə alınaraq layihədə iştirakçı sayı 150-dən 221 nəfərə artırılıb. Onlardan 110 nəfəri data analitikası üzrə, 111 nəfəri isə kibertəhlükəsizlik üzrə layihədə iştirak edəcək. Kurslara seçilmiş iştirakçılardan 35 faizi qadınlardır.
Layihə Azərbaycanda fərdi və korporativ təlimlərin təşkili və təhsildə mentorluq sahəsində aparıcı təşkilatlardan olan Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra edilir. Layihə müddətində sahə üzrə dünyanın aparıcı universitetlərində doktorantura təhsilini tamamlamış, bu sahədə akademik və peşəkar təcrübəyə malik yerli mütəxəssislər tərəfindən iştirakçılara dəstək göstəriləcək.
Tədrisin effektivliyi və iştirakçılara fərdi yanaşmanın təmin olunması məqsədilə təlimlər kiçik qruplarda aparılır. Sertifikatlara layiq görülmək üçün iştirakçılar müvafiq olaraq 224 və 191 saatlıq tədris proqramlarını müvəffəqiyyətlə başa çatdırmalı və test imtahanlarında tələb olunan minimum balı toplamalıdır.
Proqramı uğurla başa vurmuş iştirakçıların ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə işləmələri üçün dəstək verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir.


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar