SOCAR və SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar - FOTO

SOCAR və SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar - FOTOBiometan, hidrogen və dayanıqlı nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri, habelə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə bioqazın nəqlinə dair imkanlar araşdırılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Milli.Az-a verilən məlumata görə, SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan Snam arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalamışlar. Hər iki şirkət TAP konsorsiumunda 20% paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.
Saziş Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Cuzeppe Kontinin iştirakı ilə SOCAR və Snam şirkətlərinin nümayəndələri tərəfindən imzalanıb.
SOCAR və SNAM arasındakı saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir:
- bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində Snam-ın törəmə şirkəti olan "IES Biogas"ın təcrübəsi tətbiq oluna bilər. SOCAR və Snam bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır;
- yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. Snam-ın törəməsi olan "Cubogas" bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür;
- hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.
Snam-ın baş direktoru Marko Alvera deyib: "Bu layihə vasitəsilə Snam və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. Bundan başqa, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar".
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: "SOCAR ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli ddımlar atmışdır. Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək , insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır."
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 20 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar valyuta sonxeber.az krimnal xeber