SON DƏQİQƏ! ÜST meymunçiçəyi ilə bağlı təcili məlumat yaydı
Cari il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada meymunçiçəyi xəstəliyinə 35 mindən çox şübhəli yoluxma halı və bu xəstəliyin səbəb ola biləcəyi 1 000-ə yaxın ölüm müəyyən edilib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatında bildirilir ki, ÜST-ə Afrikada ilin əvvəlindən bu günədək meymunçiçəyinə 35,525 şübhəli yoluxma halı, o cümlədən 996 ölüm barədə məlumat daxil olub. Sentyabrın 23-dən 29-dək həftə ərzində yoluxanların sayı 4 098, ölənlərin sayı isə 156 nəfər artıb.
İlin əvvəlindən həkimlər xüsusən Konqo Demokratik Respublikasında meymunçiçəyinə daha çox yoluxma və ölüm hallarını müəyyən ediblər – müvafiq olaraq 30,766 və 990. Siyahıda Burundi ikinci yerdədir, ilin əvvəlindən 1 368 nəfərdə meymunçiçəyinə yoluxma şübhəsi var. Bu ölkədə ölüm halı qeydə alınmayıb.
Meymunçiçəyi xəstəliyi ilə bağlı qlobal fövqəladə vəziyyət ilkin olaraq 2022-ci ilin iyulundan 11 may 2023-cü ilə qədər qüvvədə idi. Xəstəliyin azalması səbəbindən ləğv edildi, lakin bu il avqustun 14-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək