Spirtli içkilər xərçəng yaradır - ABŞ-nin baş cərrahı

Spirtli içkilər xərçəng yaradır - ABŞ-nin baş cərrahıABŞ-nin Baş Cərrahı spirtli içkilərin etiketlərində xərçəng riskinə dair xəbərdarlıq olmasını tələb edir.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Baş Cərrahı Vivek Murthy cümə günü etdiyi açıqlamada spirtli içkilərin istehlakının ən azı yeddi növ xərçəng riskini artırdığını vurğulayıb və bu risklər barədə insanların məlumatlandırılması üçün içki etiketlərinə xəbərdarlıq əlavə edilməsini təklif edib.
Murthy qeyd edib ki, spirtli içkilər, xüsusilə döş, yoğun bağırsaq və qaraciyər xərçənginin yaranma riskini artırır. Buna baxmayaraq, ABŞ-də əksər istehlakçılar bu barədə məlumatsızdırlar. Onun sözlərinə görə, spirtli içki istehlakı ABŞ-də tütün və piylənmədən sonra üçüncü əsas xərçəng səbəbidir.
Murthy-nin bu açıqlamasından sonra Avropanın tanınmış spirtli içki şirkətlərindən olan Diageo və Pernod Ricardın səhmləri 3%-dən çox, pivə istehsalçıları Heineken və Anheuser-Busch InBevin səhmləri isə əhəmiyyətli dərəcədə ucuzlaşıb. ABŞ-da isə Constellation Brands, Brown-Forman Corp və Molson Coors kimi içki istehsalçılarının səhmlərində 1-2% azalma müşahidə olunub.
Hazırda ABŞ-də spirtli içkilərin etiketlərində hamilə qadınların spirtli içki qəbul etməməsi və içkinin sürücülük qabiliyyətinə təsir göstərməsi ilə bağlı xəbərdarlıq var. Bu etiket 1988-ci ildən bəri dəyişdirilməyib.
Baş Cərrahın hesabatına əsasən spirtli içki istehlakı ilə əlaqəli olaraq hər il ABŞ-da 100,000 xərçəng hadisəsi və 20,000 xərçəng ölümü baş verir. Bu rəqəm, alkoqolun səbəb olduğu avtomobil qəzalarında ölənlərin sayından xeyli yüksəkdir.
Murthy bildirib ki, içki istehlakı ilə bağlı yeni limitlərin müəyyən edilməsi, insanlara xərçəng riski barədə daha düzgün qərarlar qəbul etməkdə kömək edə bilər. O, həmçinin spirtli içkilərin xərçəng riski yaratmasının birbaşa təsdiq edildiyini vurğulayıb. Bu risk, içkinin növündən (məsələn, pivə, şərab və ya spirt) asılı olmayaraq eyni dərəcədə mövcuddur.
Bu açıqlamadan sonra spirtli içki istehsalçıları və müvafiq sənaye assosiasiyalarından heç bir rəsmi cavab gəlməyib.

Sağlamlıq       Tarix: 03 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 ən son xeberler sonxabar az axsam.az xeberler