Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq

Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaqAzərbaycan Davos Forumunun enerji keçidi indeksi üzrə hesabatının indeks cədvəlində 44-cü yeri tutub və MDB məkanında ən yüksək göstəricini nümayiş etdirib. Hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin yaradılmasının əsas meyarlarını qeydə alır və bərpa olunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur.
Məlum olduğu kimi, son illərdə Azərbaycan alternativ elektrik enerjisinin inkişafına diqqət ayırır. Ölkə bərpa olunan enerji mənbələri ilə zəngindir və mütəxəssislərin fikrincə, bu, postneft dövründə elektrik enerjisinin ekoloji istehsalına imkan verəcək. Təsdiq olunub ki, Azərbaycan ərazisinə düşən günəş şüalarının sayı bir çox ölkələrin göstəricilərini üstələyir. Bir sözlə, buranı dünyanın ən günəşli ölkələrindən biri adlandırmaq olar.
Azərbaycanın bu cür təbiət imkanları xarici investorların diqqətini cəlb edib. Ümumilikdə, respublikada alternativ enerjinin güc potensialı 26 940 meqavatt təşkil edir ki, bunun da 90 faizi günəş enerjisinin payına düşür.
Trend bildirir ki, bununla bağlı rusiyalı iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Day.Az-ın suallarını cavablandırıb.
Alternativ enerji mənbələri anlayışı çox genişdir. Onlar arasında daha mühüm rolu günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi, qabarma enerjisi və geotermal enerjidir. Bu enerji növlərini onların bərpa olunan, digər sözlə əbədi olması birləşdirir. Onların istifadəsi ənənəvi enerji mənbələrində olduğu kimi təbiətə mənfi təsir göstərmir.
Bu gün alternativ enerji ötən əsrdə neft və qazın olduğu kimi, inkişafla əlaqələndirilir.
Neft və ya neft-qaz adı verilən ötən dövr 19-cu əsrin son rübündə başlayıb və iqtisadiyyatın, əhalinin həyat səviyyəsinin misilsiz inkişafı ilə üst-üstə düşüb.
Bu dövrün başa çatdığını demək hələ ki, tezdir. Amma o da aşkardır ki, 10-20 il ərzində neft, qaz, daş kömür və şistin rolu azalmağa başlayacaq. Ənənəvi enerji mənbələrini alternativ enerji əvəz edəcək. Bu, ətraf mühit baxımından daha təhlükəsizdir. Onların istifadəsi mineral ehtiyatları daha səmərəli gələcək istifadəsi üçün qorumağa imkan verəcək.
Azərbaycan üçün nəhəng külək və günəş enerjisi ehtiyatlarının istifadəsi üzrə texnologiyala daha aktualdır. Bu texnologiyalar hən dövlət, həm iri enerji şirkətləri, həm də ayrı-ayrı ailə təsərrüfatları səviyyəsində, xüsusilə də kiçik şəhərlərdə və kənd yerlərində geniş miqyasda istifadə oluna bilər.
Alternativ enerji texnologiyalarının hazırlanması və tətbiqinə ilkin investisiyalar böyükdür, bu xərclər adətən 7-10 il ərzində ödənilir və Azərbaycanın unikal təbiətinin toxunulmazlığını. Eləcə əhalisinin sağlamlığını qorumağa imkan verir.
Rusiyaya gəldikdə isə, burada alternativ enerjiyə münasibət ikilidir. Rusiyanın bir çox enerji və yüksək texnologiya şirkətləri bu problemə öz maraqlarını qeyd edib. Bu sahədə tədqiqatlara, xüsusilə də qabarma və dalğa enerjisi kimi qeyri-ənənəvi sahələrdə işlətə yüz milyonlarla dollar investisiya qoyulub. 
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 27 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun