Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan -Tacikistan nümunəsi

Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan -Tacikistan nümunəsiAzərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuş və səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar münasibətlərin əsasını təşkil edir. Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.  Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib. 
Ölkələrimiz arasında bütün münasibətlərin müsbət inkişafının nəticəsində iki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, 2007-ci ilin 15 martında isə "dostluq və əməkdaşlıq"  haqqında müqavilə imzalanıb.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-loqistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşması məsələsi ölkəmizi Şərqlə  Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu da Azərbaycana olan marağı daha da artırıb. 23 may 2024-cü il tarixində Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və iki ölkə arasında əməkdaşlıq üzrə bir çox sənədlərin imzalanması münasibətlərin mahiyyət və keyfiyyət etibarı ilə yeni pilləyə qalxmasını göstərir. 
23 may 2024-cü il tarixində Azərbaycanla Tacikistan arasında "Strateji tərəfdaşlıq haqqında Bəyannamə", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu", Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi və rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Miqrasiya sahəsində əməkdaşlığa dair Saziş" və "İnformasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır.
Bu müqavilələr bir daha göstərir ki, Azərbaycanın Tacikistanla əlaqələri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin güclənməsinə xidmət edəcək. Bu isə Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət edir. 
Təyyubə Hüseynova
Abşeron rayon, Saray 3 nömrəli məktəbin direktoru, Əməkdar müəlllim / azxeber.com

Siyasi       Tarix: 26 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər hava durumu xeberler bu qun son xeber