Subsidiyalar "Fermer kartlarına" köçürülür

Subsidiyalar "Fermer kartlarına" köçürülürArtıq fermerlərin kart hesablarına 10 milyon 565 min manat əkin subsidiyası məbləği köçürülüb.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2020-ci ildə payızlıq əkinlərə görə müəyyən olunmuş subsidiyaların mərhələli şəkildə "Fermer kart"larına köçürülməsinə başlanıb. Bu günədək 30603 fermerin bank kartlarına ümumilikdə 10 milyon 565 min manat subsidiya məbləği köçürülüb. Subsidiya vəsaitlərinin kartlara yüklənməsi ilə bağlı www.eagro.az saytı vasitəsilə fermerlərin mobil nömrələrinə "Bəyan etdiyiniz əkin üzrə 2020-ci il əkin subsidiya məbləği hesabınıza köçürülüb, istifadə qaydaları ilə bağlı elektron kabinetinizə göndərilmiş bildirişdə tanış ola bilərsiniz" yazılmış xəbərdalıq mesajı göndərilib.
Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetə göndərilmiş bildirişdə subsidiyanın hesablanması, məbləğdən istifadə təlimatları yer alıb. Təlimatda qeyd olunur ki, "Hesabınıza köçürülən əkin subsidiyası Sizə əkin altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərinin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Məbləğ bitki becərilən sahənin hər hektarına görə 200 manat baza məbləği bitki əmsdalına vurulmaqla hesablanıb və Sizin elektron ərizəniz təsdiqlənib. Siz əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıraraq (bank terminalından çəkməklə) digər istehsal xərcləriniz üçün, 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının post-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərsiniz. Gübrə və biohumus alışı zamanı sizin alacağınız gübrə və biohumusun 30 faizini öz hesabınıza, 70 faizini isə əkin subsidiyası hesabına ödəyirsiniz".
Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin payılıq əkin məlumatlarının yoxlanılması prosesi başa çatmaq üzrədir. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına "Fermer kart"ının verilməsi prosesi davam edir. Artıq 179209 ədəd "Fermer kartı" hazırlanaraq fermerlərə paylanılması üçün bölgələrə göndərilib. Bu günədək 60 mindən çox fermer "Kapitalbank"ın yerli filiallarına müraciət edərək "Fermer kartı" əldə ediblər. Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda EKTİS-də 472 min fermer qeydiyyatdan keçərək özələrinə şəxsi kabinet yaradıblar. Fermerlərin bitkiçilik sahəsində fəaliyyətə görə alacaqları subsidiyalara əsas təşkil edən torpaq sənədləri və payızlıq əkinləri barədə bəyanları sistemə daxil edilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri