"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"
"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib".
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb.
KONKRET.az-a verilən məlumata görə, hələ regionda qalan sülhməramlıların isə mayın sonuna qədər yola düşəcəkləri gözlənilir.
Həmçinin qeyd olunub ki, sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 ədəd zirehli transportyoru (BTR82A) və 380 ədəd digər texnika Azərbaycan ərazisini tərk edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib:
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". (Qafqazinfo)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev