Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər

Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlərTacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
10 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib. Görüş zamanı Prezidenti Heydər Əliyev bildirib: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir".
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.  Bu baxımdan qeyd etməliyik ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir. Xüsusilə qeyd etməliyik ki, hələ keçmiş SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra da bu müttəfiklik davam etmişdir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. 
Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. 
23 may 2024-cü il tarixində imzalanmış mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Tacikistan sənədləri aşağıdaklardır:
•"Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə";
•"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu";
•"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum";
•"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";
•"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş";
•"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";
•"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş";
•"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş".
Həmçinin keçən bir neçə ilə nəzər salsaq, 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.
Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı "Giriş, çıxış və tranzit keçid üçün - 150 ədəd" və "3-cü ölkəyə/ölkədən - 100 ədəd" icazə blankı mübadilə edilir. 
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Rafiq Məmmədov, Əməkdar müəllim, "TƏRƏQQİ" medalı / azxeber.com

Siyasi       Tarix: 26 may 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlı

Venesuelada şiddətli zəlzələ: Trampdan ilk açıqlama

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublika Assambleyasını

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın v

ABŞ Yaxın Şərqdəki bazalarını köçürməyə hazırlaşır

Pentaqon Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İrandan potensial zərəri azaltmaq üçün Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarını köçürməyi nəzərdən keçirir. KONKRET.azaxaraz-a istinadən xəbə

Numan Kurtulmuş Azərbaycandadır - Foto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana işgüzar səfərə gəlib. KONKRET.azxəbər verir ki, TBMM sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaq

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. KONKRET.azölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumat

ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi

ABŞ administrasiyası Rusiya neftinin satışına və daşınmasına icazə verən müvəqqəti sanksiya istisnalarını yeniləməyib və iyunun 17-də qüvvədə olan sonuncu lisenziyanın müddəti başa çatıb. Ağ Evin bu rejimi yenidən uzatmama


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri oxu.az xeberler bu gune olan xeberler maraqlı xəbərlər