TAP konsorsiumu layihənin reallaşdırılması barədə
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 94,1 faizi başa çatıb.
Milli.Az xəbər verir ki, Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir: "Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. 2020-ci il martın sonuna olan vəziyyətə görə, layihənin 94,1 faizi başa çatıb".
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Bakının ən bahalı küçəsi bəlli oldu
Ceyhun Bayramov Əraqçi ilə ikitərəfli məsələləri müzakirə etdi
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı
Ceyhun Bayramov Əraqçiyə dron hucumları barədə: Araşdırmaların tamamlanması vacibdir
Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu
Arvadı ilə bacanağı eşq yaşayırmış - Balakəndəki rüsvayçı hadisənin təfərrüatı
Zaur Kamalın verilişi dayandırıldı
Gəlin qayınanasını 13 bıçaq zərbəsi ilə qətlə yetirdi - Astaradakı cinayətin TƏFƏRRÜATI
Lalə Azərtaşın verilişi də bağlandı
11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?
Azərbaycanda avtomobillərin qiyməti nə qədər bahalaşıb?
Baksol yolundakı yanğın davam edir
Avrosu olanlar ŞAD XƏBƏR - BAHALAŞDI
Xərçəngə tutulan blogerin ev dustaqlığı ləğv edildi
Bizimkilər səhnədə hoqqabazlıq edirlər