Tatoyan xəbərdarlıq etdi: "Bu, baş versə, erməni xalqı süni yaradılmış tayfaya çevriləcək"

Tatoyan xəbərdarlıq etdi: Ermənistanda hələ də "Tarixi Ermənistan" ideyası ilə yaşayanlar çoxdur. "Tarixi Ermənistan"nın hansı əraziləri əhatə etdiyini açıqlayanda isə Türkiyənin yarısı, eləcə də, Azərbaycanın, Gürcüstanın və İranın əhəmiyyətli hissəsi nəzərdə tutulur. Deməli, xəstə təxəyyüllü xalq hələ də qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyib. Belə başa düşülür ki, onların xəstə ideologiyadan əl çəkmək fikirləri yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da hakimiyyətə gələndə bu ideyanı dəstəkləyirdi. Amma geosiyasi proseslərdən sonra Paşinyan ritorikasını dəyişməyə məcbur oldu və yeni reallığı qəbul etməkdən başqa çarəsi qalmadı. Ona görə də, Paşinyan xalqa "Tarixi Ermənistan" ideyasından əl çəkməyin vaxtının çatdığını bildirir. İndi o, real Ermənistan haqqında düşünməyi və erməni dövlətçiliyini hazırda sahib olduqları 29,743 kvadrat kilometr ərazidə möhkəmləndirməyi tövsiyyə edir.
Paşinyanla razılaşmayan qüvvələrə görə, baş nazir bununla erməni ideologiyasını məhv edir. Onlar hesab edir ki, milli ideologiya qonşu dövlətlərə ərazi iddiasından başlayır. Bu, əslində işğalçılıq siyasətidir və Ermənistan buna görə bir dəfə cəzalanıb. İndi Ermənistanın ikinci dəfə cəzalanmasından qorxan Paşinyan revanşist qüvvələrin "Tarixi Ermənistan" ideyasını boş və mənasız hesab edir.
Erməni politoloq Suren Surenyantsın fikirincə, əsl Ermənistan 1990-91-ci illərdə 1988-ci il ümumxalq hərəkatının dəyər platformasında təməli qoyulmuş Ermənistandır. Orada isə Azərbaycan ərazilərinin işğalı nəzərdə tutulurdu və bunu Ermənistan havadarlarının köməyi ilə 1992-1994-cü illərdə həyata keçirdi. Surenyants və onun həmfikirləri hesab edirlər ki, real Ermənistan 1994-2020-ci illərə qədər mövcud olub. Yenə Azərbaycana ərazi iddiası və işğalı davam etdirmək planı nəzərdə tutulur. Amma 2020-ci ildə onların real Ermənistan adlandırdıqları "ərazi" cəmi 44 günə azad edildi və Ermənistan Paşinyanın təbirincə desək, özünün 29,743 kvadrat kilometr ərazisinə sığındı. Bolşevik Rusiyasının Azərbaycandan qoparıb Ermənistana verdiyi 20 min kvadrat kilometrlik ərazidə dövlət quran Ermənistan indi çətin vəziyyətlə üzləşib.
Politoloq Surenyants da real Ermənistanı qəbul etmir: "Nikol Paşinyan istər müharibədən əvvəlki, istərsə də sonrakı dövrlərdə apardığı avantürist siyasəti ilə Ermənistanın qəbirqazanına çevrilib. ABŞ və Rusiya arasında yüksək səviyyəli təmaslar nikbinlik üçün müəyyən əsaslar yaratdıqda, Paşinyan yenidən hadisələrin beynəlxalq kontekstinə zidd, dövlətçiliyimizə və onun maraqlarına heç bir aidiyyatı olmayan avantürist hesablamalar aparır".
Əslində erməni politoloqun nəyə eyham vurması, hansı mətləblərə işarə etməsi hər kəsə aydındır. ATƏT-in Minsk Qrupunda təmsil olunan iki dövlətin bir qədər yaxınlaşmasından ermənilər yararlanmaq niyyətindədir və ona görə də, Köçəryan mətbuat konfransında bildirirdi ki, nəyin hesabına olursa-olsun Minsk Qrupu saxlanılmalıdır. Onlar "münaqişəni" saxlamaq və gələcəkdə yenidən Minsk Qrupu formatında müzakirəyə çıxartmaq niyyətindədirlər.
Surenyants da ABŞ və Rusiya danışıqlarından faydalanacaqlarını düşünür. Paşinyan isə Ermənistan Konstitusiyasının dəyişdirilməyin vacibliyini vurğulayır. Baş nazirin konstitusiya ilə bağlı fikirləri Ermənistanda revanşsit qüvvələr arasında "soyuq duş" effekti yaradıb. Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan bildirib ki, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı qondarma əsaslandırma Ermənistanı işğalçı dövlətə, bizi isə təcavüzkar xalqa çevirir. Bundan sonra erməni xalqı süni yaradılmış tayfaya çevriləcək". Uzun illər Ermənistanda insan haqlarının müdafiəçisi rolunda çıxış edən, əslində faşist ideologiyasının daşıyıcılarından biri olan Tatoyan ölkəsinin işğalçı olmasını qəbul edə bilmir. Ermənistan hələ də, anklav kəndlərimizi geri qaytarmayıb, üstəlik Naxçıvanı 35 ildir blokada vəziyyətində saxlayır. Erməni ictimaiyyəti də özlərinin mahiyyətini anlayır və bilir ki, onlar süni yaradılan tayfadır və bu barbar tayfasının işi ancaq qonşu xalqlara ərazi iddiası irəli sürməkdir. Ancaq özləri də yaxşı bilir ki, Azərbaycan bu işə birdəfəlik son qoyub.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 20 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026