TƏBİB Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcək

TƏBİB Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcəkNovruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (TƏBİB) stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
azxeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq:
"Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq".
Eyni zamanda qeyd olunub ki, Bakıda 130 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 270-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
"Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili tibbi yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək",- məlumatda vurğulanıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-31 mart tarixləri qeyri-iş günü olacaq.

Sosial       Tarix: 19 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Benzin qiyməti kəskin ucuzlaşdı

Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub. yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədək

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne axsam az xeberler maliyye xeberler bugun kriminal xeber