TƏCİLİ: Rus ordusu Ermənistan-Türkiyə sərhədindən geri çəkilir
"Sərhəd imkanları gücləndirilərsə, ruslar da Ermənistan-Türkiyə sərhədindən geri çəkilə bilər".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini ParuyrOvannisyan deyib.
"Biz bütün məsələləri iranlı tərəfdaşlarımızla müzakirə edirik. Lakin ABŞ dövlət katibinin qeyd etdiyi məsələ sərhəd nəzarətimizin effektivliyinin artırılmasına aiddir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu yaxınlarda İrana səfər edib və Tehran bununla bağlı heç bir narahatlıq ifadə etməyib. Düşünürəm ki, yayılan bəyanat bizim yaxın münasibətlərimizin daha bir sübutudur. Elə bir məsələ yoxdur ki, biz İran tərəfi ilə razılığa gələ bilməyək. Bizim əlaqələrimiz görünməmiş səviyyədədir".
"Sərhəd imkanlarının gücləndirilməsi nə deməkdir?" sualına Ovannisyan belə cavab verib:
"Bunu həmişə üçüncü ölkə edib. Nəhayət, sərhədimizə özümüz nəzarət etməyə başlamalıyıq. Bu işlərin nəticəsində Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini bütövlükdə tərk etməsi mümkündür. Hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir", – deyə Ovannisyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi