Təcili tibbi yardım həkimlərinə gülləkeçirməz jiletlər veriləcək - Ukraynada
"100 faiz həyat" Xeyriyyə Təşkilatı Ukrayna Səhiyyə Nazirliyinə 1000-dən çox zireh bağışlayıb. Gələcəkdə gülləkeçirməz jiletlər təcili tibbi yardım həkimlərinə təhvil veriləcək.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün həkimlərimiz Rusiya ordusunun qurbanı olmuş minlərlə mülki şəxsin həyatı üçün öz cəbhələrində döyüşən əsl qəhrəmanlardır. Ona görə də təcili tibbi yardım maşınında çağırışa gedən hər bir həkimin maksimum təhlükəsizlik şəraitində olması üçün səyimizi göstəririk. Mən həkimlərimizi lazımi müdafiə ilə təmin etməkdə iştirak edən könüllülərə və xeyriyyəçilərə minnətdaram", – deyə nazir Viktor Lyaşko bildirib.
Səhiyyə Nazirliyi əlavə edib ki, yaxın vaxtlarda zirehlərin yeni partiyası da gətriləcək. Onlar bilavasitə döyüş bölgəsində və cəbhəyanı ərazilərdə yerləşən təcili tibbi yardım müəssisələri arasında bölüşdürüləcək.
Xüsusilə, şənbə günü rus işğalçıları Luqansk vilayətinin Severodonetsk şəhərində təcili yardım yarımstansiyasını atəşə tutublar. Atışma nəticəsində binanın şüşələri zədələnib, bir avtomobil isə sıradan çıxıb.
Səhiyyə Nazirliyi xatırladıb ki, genişmiqyaslı işğal başlayandan bəri işğalçı ordu çoxsaylı beynəlxalq konvensiyaları pozaraq tibb müəssisələrinə hücumları davam etdirir. İndiyə qədər altı ukraynalı həkim həlak olub, daha 18-i yaralanıb. 248 xəstəxana atəşə tutulub, onlardan 13-ü yerlə-yeksan edilib. 65 təcili yardım maşını da atəşə tutulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto