Təhdid və təhlükələri minimuma endirdikdən sonra quru sərhədlərin açılmasına nail ola biləcəyik

Təhdid və təhlükələri minimuma endirdikdən sonra quru sərhədlərin açılmasına nail ola biləcəyik"Çox təəsüf ki, özünü "radikal müxalifət" adlandıran və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti tənqid edən bəzi dırnaqarası siyasətçilər də prosesləri öz xeyirlərinə dəyişməklə, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti tənqid etməklə xal qazanmaq istəyirlər. Anlamadırlar ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ən əsas məsələdir. Quru sərhədlərin bağlı olması əlavə problemlər və narahatlıqlar yaratsa da, bizim üçün ən vacib olan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Mövcud təhdid və təhlükələri minimuma endirdikdən sonra quru sərhədlərin açılmasına da mərhələli şəkildə nail ola biləcəyik. Azərbaycan daha qüdrətli dövlət olaraq öz inkişaf konsepsiyasına və inkişaf xəttinə sadiq qalacaq. Hökumət tərəfindən vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün uğurlu layihələrin həyata keçirilməsinə şahidlik edə biləcəyik". 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan və separatçılar üzərində qələbə çalmaqla yanaşı, erməni lobbisini və diasporunu da məğlub edib: 
"Ermənistan terrorçuları və erməni lobbisinə bağlı terror təşkilatları tərəfindən türk diplomatlarına qarşı törədilmiş, eyni zamanda Azərbaycanda metroda baş vermiş terror hadisəsini nəzərdən keçirsək, deyə bilərik ki, Vətən müharibəsindən sonra məğlub vəziyyətə düşmüş Ermənistan və erməni lobbisi hər vəchlə Azərbaycandan qisas almaq istəyir. Bu baxımdan da quru sərhədlərin bağlı olması üçün ən əsas təhdid və təhlükələr, təbii ki, erməni lobbisi və diasporu tərəfindən gəlməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycan səfirliklərinə qarşı törədilmiş cinayət hadisələrini də nəzərdən keçirsək, dini radikal, terrorist qrupların Azərbaycan ərazilərində də bu cür terror hadisələrini törətməkdə maraqlı olduqlarını anlamaq heç də çətin deyil. Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik korpuslara qarşı törədilməsi planlaşdırılan terror hadisələrinin də qarşısı Azərbaycan Silahlı Qüvvələri, xüsus xidmət orqanları tərəfindən məharətlə alınıb. Bu cür təhdidlər də mövcuddur və qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməliyik. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərdən keçirsək, Azərbaycan qonşularının daxil olduqları müharibə və münaqişələri də görməzdən gələ bilmərik. Çünki faktiki olaraq qonşu ərazilərdə müharibələr və münaqişələr varsa, hər an həmin ərazilərdən təhdid və təhlükələrin gəlmə ehtimalının böyük olduğu heç kimə sirr deyil. Hamı bunu anlayır. Düşünürəm, Vətən müharibəsinin gedişində və sonrakı dövrlərdə baş vermiş hadisələr deməyə imkan verdi ki, regionda güclənən və yeni reallıqlar yaradan Azərbaycanın qüvvətlənməsini, Ermənistanın bu proseslərdə kölgədə qalmasını istəməyən, Cənubi Qafqazda öz siyasi maraqlarını yerinə yetirmək üçün Ermənistan və digər qonşularımız vasitəsilə regionda mövcudiyyətini davam etdirmək istəyən güclər var. Onların da Azərbaycan ərazilərində terror hadisələri və xoşagəlməz hadisələr törətməklə Azərbaycanı zəiflətmək, onu çətin duruma salmaq niyyətləri ola bilər. Mövcud təhdid və təhlükələrin haradan gəldiyini anlamaq üçün heç də güclü siyasətçi, analitik olmağa ehtiyac yoxdur".  / azxeber.com

Siyasi       Tarix: 27 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes