Titrəyən iflic - Qocaların xəstəliyi sayılsa da, son illər cavanlarda da yaranır

Titrəyən iflic - Qocaların xəstəliyi sayılsa da, son illər cavanlarda da yaranırÜmumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il aprelin 11-i Parkinson xəstəliyi ilə Mübarizə Günü qeyd olunur. Bu günün tarixi xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonun doğun günü ilə bağlıdır. 1755-ci il aprelin 11-də doğulan alim  XIX əsrin əvvəllərində bu xəstəliyi "titrəyən iflic" adlandırıb. Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününün rəmzi qırmızı zanbaqdır. Seleksiyaçılar hətta "Doktor Ceyms Parkinson" adlanan xüsusi zanbaq növü yaradıblar.
Belə bir günün qeyd olunması xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.
Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinsə də, son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən - 40, hətta 35 yaşda da üzləşmək mümkündür.
Xəstəliyin əsas əlamətləri əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması sayılır. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Onun öyrənilməsi sahəsində əldə edilən uğurlara baxmayaraq, təəssüf ki, tibb elmi onun müalicəsi üçün kifayət qədər səmərəli üsullara malik deyil.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova AZƏRTAC-a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, parkinson xəstəliyi bütün dünya üzrə hər 100 min nəfərdən 5-21-də rast gəlinir. Dünyada həmin xəstəlikdən əziyyət çəkənlərin sayının 330 minə qədər olduğu güman edilir. Azərbaycanda da Parkinson xəstəliyindən əziyyət çəkənlər var:
"Əgər əvvəllər xəstəliyin ilkin əlamətləri adətən 55-60 yaşdan yuxarı meydana çıxırdısa, hazırda Parkinson xəstəliyinə 40 yaşdan da aşağı rast gəlinir. Xəstəlik həm qadınlarda, həm də kişilərdə müşahidə olunur. İlk vaxtlar xəstəliyin əlaməti hiss olunmur, yəni gizli gedir. Nevroloji əlamətləri assimetrik olur. Adətən bir əlin, daha az hallarda ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi, bütün bədəndə əzələlərdə sıxılması olur. Əl və ayaqda olan əsmənin dərəcəsi, amplitudası dəyişir. Yəni stress zamanı əsmə artır, yuxudan sonra azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkətin məhdudluğunu hiss edirlər. Xəstəliyin əlamətlərindən biri yeriyərkən ayağın sanki döşəməyə sürtülməsinin hiss olunmasıdır. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir. Sanki xəstənin beli bükülür, qozbellik əmələ gəlir. Əllər sanki asılqandan asılmış kimi olur. Xəstələrin yazı yazanda xətti dəyişir, yazı kiçilir, göz qırpmalarının sayı azalır, yəni, sanki "kukla gözü" kimi hal yaranır. Bundan başqa çox tərləmə, qəbizlik qeydə alınır. Bir çox xəstələrdə ilkin əlamət olaraq beldə ağrılar, əzələlərin qıcolması müşahidə edilir. Həmin xəstəlikdən əziyyət çəkənlərdə müayinə zamanı fəqərə problemləri-yırtıq, protruziya kimi hallar da aşkarlanır.
Kişilərdə impotensiya, sidik və tər ifrazının pozulması da baş verə bilər. Bəzi hallarda Parkinson xəstəliyindən əziyyət çəkənlər fəallıqlarını artırmaq istəsələr də onların vəziyyəti gündən-günə ağırlaşır.
Xəstələrdə alçaq səsli nitq də qeydə alınır, yəni xəstələr pıçıltı ilə danışırlar. Sanki səslərinə gücləri çatmır. Onlarda addımların qısalması, sanki bir ayağın ucunu o biri dabana qoyurmuş kimi yerişin qısalması, yeriyən zaman əllərin hərəkətsizliyi, sağa və sola dönmənin çətinləşməsi müşahidə olunur, elə bil onlar özlərini tam olaraq döndərirlər. Əzələ tonusunun artması qeydə alınır ki, bu da sanki kukla formasını almağa bənzəyir. Sakitlik tremoru, yəni sakit vəziyyətdə olarkən başda və ətraflarda əsmənin yaranması xəstəliyin ən çox qeydə alınan klassik əlamətidir. Bu tremorun başqa əsmələrdən fərqi odur ki, Parkinson xəstələrində romberq duruşunda bir dəqiqədən sonra əsmə başlayır və getdikcə artır. Başqa xəstələrdə isə bu duruşda tremorun elə həmən başlanması müşahidə olunur. Obrazlı dildə desək, Parkinson xəstələrində sanki "qəpik sayma və barmaqların arasında dərmanı bükmək" kimi hallar qeydə alına bilir".
Y.Rəşidovanın sözlərinə görə, xəstəliyin müalicə üsullarından biri olan neyrostimulyasiya metodu az invaziv əməliyyat olduğuna görə hazırda çox geniş tətbiq olunur. Bu zaman beyinə yeridilmiş nazik elektrodlar vasitəsilə bədən hərəkətlərinə cavabdeh hissənin dəqiq hesablanmış kiçik amplitudlu elektrik cərəyanı verilir. Bununla da xəstələrin hərəkətlərini müəyyən qədər təmin etmək olur. Ən effektli müalicə isə sadalanan əlamətləri hiss edən xəstələrin vaxtında həkimə, nevropatoloqa müraciəti zamanı mümkündür. Xəstəliyin ağırlaşdırmadan ilkin əlamətlərini aradan qaldıranda istənilən nəticəni əldə etmək olur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli