Tofiq Zülfüqarov: "Rus sərhədçiləri İran və Türkiyə, Qərb nümayəndələri isə Azərbaycanla sərhəddə binoklla ora-bura boylanır"

Tofiq Zülfüqarov: Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın "RİA Novosti" agentliyinə müsahibə verib və bəzi məsələlərə aydınlıq gətirib. Cənab Prezidentin açıqladığı məsələlər erməni cəmiyyətində ciddi rezonans yaradıb.
Ermənistanda ciddi naraharlıq doğuran  həmin söhbətlə  bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a müsahibə verib.
-Tofiq müəllim, Prezident İlham Əliyevin söylədikləri Ermənistanda müzakirələrə səbəb olub və düşmən ölkədə narahatlıq yaradıb. Sizcə erməni cəmiyyətini narahat edən hansı məqamdır?
-Cənab Prezident və Ermənistanın Baş naziri danışıqlarda ümumi prosesdə olan məsələlərin nədən ibarət olduğunu açıqlayıblar. Azərbaycan hesab edir ki, məsələ təkcə bu və ya digər sənəddə deyil. Söhbət ondan gedir ki, ümumiyyətlə sülhə getmək sual altındadır. Hələ biz bilmirik Ermənistan cəmiyyəti sülhə getməyə hazırdır, yoxsa yox. Çünki erməni siyasi elitası müxtəlif dövrlərdə müxtəlif şüarlar səsləndirib, müxtəlif mövqe sərgiləyib. İndi isə Ermənistan cəmiyyəti öz konstitusiyasını dəyişdirməklə sülh istədiyini təsdiq etməlidir.  Konstitusiyanın dəyişməsi  referendum vasitəsi ilə həyata keçirildiyidən, istər-istəməz geniş ictimai diskusiya tələb olunacaq. Məhz bu diskusiya göstərəcək ki, cəmiyyət sülh istəyir, yoxsa hələ də revanş barədə düşünür. Hesab edirəm məsələ bununla bağlıdır. Çünki Ermənistan tərəfindən atılan ziddiyətli siyasi addımlar gərginlik yaradır. Sürətli silahlanma, müxtəlif sahələrdə düşmənçilk mövqeyinin sərgilənməsi  də, bu gərginliyi bir qədər artırır.
-Prezident Azərbaycanla şərti sərhəddə yerləşdirilən  Avropa müaşhidə missiyasının fəaliyyətinə toxunub və bildirib ki, Ermənistanın bu addımı bizim maraqlarımıza uyğun deyil. Azərbaycan liderinin  müşahidə missiyası ilə bağlı fikirlərinə Ermənistanda  niyə bu qədər aqressiv  reaksiya verilir? 
–  Azərbaycanın mövqeyi tam məntiqlidir. Nəzərə alın ki, iki ölkə arasında danışıqlar gedir. Onlar da öz tərəflərinə  hansısa digər qurumları cəlb etmək istəyirlər.  Baxın görün, əslinə qalsa bu missiya Ermənistan ərazisində fəaliyyət göstərməlidir. Əgər belədirsə onda onların şərti sərhəddə fəaliyyət göstərməsi nə ilə bağlıdır. Axı məntiqə uyğun deyil . Tərəflər sərhəddin müəyyən olunması üçün  danışıqlar aparırlar. Sərhəd müəyyən olunmadan isə arada  Avropadan gəlmiş müşahidə missiyası dayanıb.  Problem bundadır ki, dolayısı yolla onlar ermənilərin gələcək sərhəddə aid baxışlarına uyğun fəaliyyət göstərirlər. Bu isə bizi qane etmir və narazıyıq. Bu, bir başa  danışıqlar prosesinə ziddir. Ona görə, Azərbaycan tələb edir ki, bölgədə ikinci, üçüncü oyunçular olmamalıdır. Deyirlər ki, Qərb missiyası olduğuna görə Azərbaycan ona qarşı çıxır.  Amma Ermənistan dünyada  hansı qüvvələr var hamısını dartıb gətirib sərhəddə. Bunun gələcəkdə necə olacağını  özləri bilər, məsuliyyəti də özləri daşıyır. Amma indiki mərhələdə bir-biriylə düşmənçilk mövqeyində olan Qərb ölkələriylə Rusiya Ermənistanda fəaliyyət göstərir. Rus sərhədçiləri İran və Türkiyə sərhəddində,  Qərb nümayəndələri isə Azərbaycanla sərhəddə binoklla ora-bura boylanır.
– Daha bir məsələ  ATƏT-in Minsk qrupu ilə bağlıdır. Qarabağ münaqişəsi həll olunub və Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Bəs o zaman ATƏT-in Minsk qrupuna ehtiyac varmı?
– ATƏT-in Minsk qrupu özü-özünü çoxdan  buraxıb. ABŞ bəyan edib ki, onlar Rusiya ilə eyni formatda işləmək istəmirlər. Bununla da məsələ bitib. Azərbaycan da öz mövqeyinə uyğun olaraq bəyan edib ki, bizə vasitəçilk lazım deyil və Minsk qrupunun fəaliyyətinə veto qoyub. İndi ermənilər də bu vəziyyəti görür və Paşinyan olmayan şeyi ləğv etmək istəyir. Bunlar yavaş-yavaş reallığa qayıdırlar.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxabar son xəbərlər azərbaycanda xeber.az