Tramp Qərbi qorxuya salıb - "Zaman-zaman dəyişikliklərin şahidi olacağıq"

Tramp Qərbi qorxuya salıb - Məlum olduğu kimi, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp komandasını formalaşdırmaq yolunda addımlar atmağa başlayıb. Məsələn, o, Florida ştatından investor Steven Vitkoffu Yaxın Şərq üzrə xüsusi elçi təyin edəcəyini bildirib. Respublikaçı prezident ölkənin müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının aparıcısı və ABŞ ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb. Bundan başqa, amerikalı senator Marko Rubio da dövlət katibi vəzifəsinə əsas namizəd kimi göstərilib.
Trampın təyinatları ölkə daxilində olduğu kimi, bəzi Qərb dövlətləri tərəfindən də narahatlıqla qarşılanır. Hətta Fransa Prezidenti Emanuel Makron Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı "suveren Avropa" ideyasının reallaşdırılmasının vacibliyindən danışıb.
Görəsən, Trampın birinci prezidentlik dönəmi ilə hazırkı arasında hansı ciddi fərqlər ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Ramiyyə Məmmədova bildirdi ki, Tramp kabinetini artıq özü müstəqil şəkildə formalaşdırır:
Tramp Qərbi qorxuya salıb - Ramiyyə Məmmədova
"Trampın birinci prezidentlik dönəmi ilə hazırkı arasında ciddi fərqlər var. O zaman komandasını partiyası ilə birlikdə formalaşdıran prezident indi müstəqil şəkildə bu qərarı verir. Özünə, siyasətinə və düşüncəsinə uyğun insanlar Trampın administrasiyasında yer almaqdadır. Respublikaçı bununla da komandasını çevik hala gətirəcək. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, onun təyin etdiyi insanlar qatı baxışları ilə seçilir. Məsələn, müdafiə naziri keçmiş hərbçi və jurnalistdir. O, orduda gender məsələsinə diqqəti ilə seçilir. Həmçinin Yaxın Şərq və BMT-yə təyin olunan səfirlər də İsrailə dəstəyi ilə tanınır. Bunun da nəticəsidir ki, indi İsrail xalqı revanş çağırışları edir".
Ekspert vurğulayıb ki, Trampın hakimiyyətə gəlməsini bəzi Avropa ölkələri istəmirdi:
"Fransa da daxil olmaqla, bəzi Qərb dövlətləri Trampın prezident olmasını istəmirdilər. O, birinci prezidentlik dönəmində Aİ üzvlərini Avropanın ABŞ-yə olan borcu ilə hədələyirdi. Həmçinin NATO-dan çıxma məsələsi də gündəmdə idi. Lakin ABŞ-nin bu addımı atması mümkün deyil. Ümumiyyətlə, Tramp hakimiyyəti dönəmində Yaxın Şərqdə və digər proseslərdə vəziyyət fərqli olacaq. Rusiya – Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən addımlar atılır. Trampın rusiyalı həmkarı ilə telefon danışığı aparması ilə bağlı iddialar var. Mümkündür ki, bu məsələdə hansısa yenilikləri görəcəyik. O, məcburi şəkildə olsa da, Ukraynanı masaya oturdacaq. Baydenin vaxtında Ukrayna nəsə edə bilməyibsə, Trampın dövründə bu çətin görünür. Donald biznesmendir. O, iqtisadi baxımdan ölkəsini irəli aparmaq istəyir. Həmçinin Çinin genişlənməsinin də qarşısını almaq əsas planlar arasındadır. Odur ki, Tramp adminstrasiyası dövründə birdən-birə olmasa da, zaman-zaman dəyişikliklərin şahidi olacağıq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 15 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər cəbhədən xəbər