Trampın beynəlxalq imici zərbə altında: "Çin və Türkiyə dövriyyəyə girir, ABŞ-Rusiya sövdələşməsi baş tutmayacaq"

Trampın beynəlxalq imici zərbə altında: Tramp Ukrayna prezidenti Volodimir Zelenskini "şoumen" adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edib. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində Zeleskini problem kimi görür. Hər iki prezidentin Ukrayna liderinə qarşı mövqeyi üst-üstə düşür. Zeleski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə edir və güzəştə getmir. Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı müqavilədən imtina etməsi, Tramp tərəfindən onun danışıqlar prosesində yer almaması ilə nəticələndi. Moskva da Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlara başlayacağını qeyd edib. Bu təklif Tramp tərəfindən qəbul olunub.
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verən proseslərlə bağlı Trampın daxili-siyasi təzyiqlərlə üzləşməsi mümkündür:
Trampın beynəlxalq imici zərbə altında: "Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə vuracaq. Avropa ilə siyasi münasibətlər sistemində tektonik dəyişikliklərin baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğraması ilə nəticələnəcək. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ-a ehtiyacı olmayacaq. Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma baş verənlər Çin-Avropa yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. Trampın hazırkı siyasəti Ukrayna müharibəsinin bitməsinə gətirib çıxarmayacaq. Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək, təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək".
Politoloq əlavə edib ki, artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək:
"Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmayacaq. Amma ABŞ Zeleskini aradan götürə bilər. Artıq Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti də yapışdırıla bilər. Məhz Donald Trampın Rusiyanın ABŞ-la birgə nasizmə qarşı İkinci Dünya Müharibəsində savaşdığını deməsi təsadüfi sayılmır. ABŞ-ın dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya siyasi nizamı qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026