Trampla Erdoğanın arasından qara pişik keçib?
ABŞ konqresmenlərinin 2026-cı il Milli Müdafiə Aktına planlaşdırdıqları düzəlişlər Konqresdə Türkiyə ilə bağlı fikir ayrılıqlarını kəskinləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Haqqın.az" yazıb.
Bəzi respublikaçılar bəyan ediblər ki, Ankara İsrail üçün heç bir hərbi təhlükə törətmir və Rusiya, İran, Çin və Şimali Koreya ilə müdafiə, o cümlədən qırıcı təyyarələrin alınması sahəsində əməkdaşlıq etməyib. Bu əsasda onlar məhdudiyyətlərin aradan qaldırılması və Türkiyəyə silah satışına icazə verilməsini tələb ediblər.
Bununla belə, respublikaçı Qus Bilirakis və demokrat Bred Şnayderin başçılıq etdiyi başqa bir qanunverici qrup əks-düzəlişin edilməsinə təkan verib. Onlar Türkiyəni Yunanıstanın hava məkanını pozmaqda, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaqda və Şimali Kipri "işğal etməkdə" ittiham ediblər.
Ekspertlər bu təşəbbüsləri Türkiyənin yeni Suriya hökumətinin əsas hərbi dəstəkçisinə çevrilməsindən sonra güclənən Ankara ilə Vaşinqton arasında gərginliyin artması ilə əlaqələndiriblər. Münaqişə həm də Türkiyə-İsrail-ABŞ üçbucağı vasitəsilə gərginləşir. Bu ilin əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu F-35 qırıcılarının Türkiyəyə satışını qadağan etmək üçün xarici işlər naziri Marko Rubioya şəxsən lobbiçilik edib. Britaniya mətbuatının yazdığına görə, Netanyahu Donald Trampla kifayət qədər soyuq münasibətinə baxmayaraq, ABŞ dövlət katibi ilə görüşlərində bu məsələni dəfələrlə qaldırıb.
Dəniz Pənahova
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib