Tural İsmayılov: "Rusiya ABŞ-ilə Ermənistan arasındakı müqavilədən narahatdır"  

Tural İsmayılov: Bir həftə ərzində Ermənistan xarici işər naziri Ararat Mirzoyanın Vaşinqton və Moskva səfərləri ekspertlərin diqqətindən yayınmır və ciddi müzakirə olunur. Vaşinqtonda ABŞ ilə Ermənistan arasında  strateji tərəfdaşlıq xartiyasının imzalanmasından dərhal sonra, Mirzoyan Moskvaya çağırılır və orada bəzi müzakirələr aparılır. Əslində, Qərbin oyuncağına çevrilən Ermənistanın tutduğu mövqe aydın deyil.
Ermənistan nə istəyir və Paşinyanın yürütdüyü siyasi kurs nəyə hesablanıb?
KONKRET.az-a açıqlama verən Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, İrəvan uzun müddətdir Rusiyanın Ermənistan ərazilərindəki hərbi mövcudluğunu sona çatdırmaq üçün əlindəki bütün vasitələrdən istifadə etməyə çalışır:
"Bu konteksdə də ən vacib hadisələrdən biri həm də artıq İran sərhədlərindən Rusiya sərhədçilərinin çıxarılması oldu. Təbii ki, bunu Rusiyanın Ermənistandan çıxarılması kimi qələmə verib Ermənistanın şişirtmək bir qədər  yanlışlıq  olardı. Faktiki olaraq Ermənistanda nə qədər sorosçular at oynatsa da, Ermənistan hələ də Rusiyanın boyunduruğu altındadır. Rusiyanın boyunduruğundan xilas olmaq üçün müəyyən addımlar atırlar.  Hazırkı dönəmdə Rusiyanın Ermənistandan çıxarılması haqqında söhbət getmir. Çünki faktiki olaraq Ermənistan hələ də rəsmi şəkildə KTMT-nin üzvüdür və həmçinin Gümrüdə Rusiyanın 102-ci hərbi bazası mövcuddur.
Digər tərəfdən isə əlbəttə ki, Vaşinqton görüşündə ABŞ-Emənistan strateji əməkdaşlıq xartiyasının imzalanması Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiya dəfələrlə hətta Aİ-nin Mülkü Müşahidə Missiyası adı altında Ermənistan sərhədlərində Qərbin casus şəbəkələrinin fəaliyyət göstərməsini Rusiyanın strateji prinsipləri üçün çox ciddi problem adlandırıb. Sonuncu olaraq Lavrovun və Zaxarovanın açıqlamaları onu göstərir ki, Rusiya Mirzoyanın Vaşinqton səfəri və ABŞ-ilə Ermənistan arasındakı müqavilədən narahatdır. Elə Mirzoyan da Rusiyaya boşuna getməmişdi. Çox güman ki, bu, Rusiyanın Ermənistandan hesab sorması idi. Bu baxımdan ABŞ-ilə Ermənistan arasında imzalanan saziş Rusiyanı ciddi şəkildə narahat edir. Ermənistan da qorxur ki, bu Rusiyanın hansısa demarşlarına və Ermənistan əleyhinə radikal iqtisadi qərarlara səbəb ola bilər.
Bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər zədələnsə də unutmamalıyıq ki, hələ də Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Ötən ilin sonunda açıqlanan statistik rəqəmlərdən də görünür ki, əslində 2024-cü ildə Rusiya ilə Ermənistan arasındakı  iqtisadi əlaqələr nəinki geri gedib, əksinə inkişaf etməkdə davam edir. Ona görə də Ermənistan başa düşür ki, Rusiya ilə tam bağlarını qopara bilməz. Çünki Ermənistanın bunun üçün siyasi müstəqilliyi mövcud deyil".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 24 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xəbər az son xabarlar sonxəbər