Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək?

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək?2025-ci il qlobal proseslər baxımından aktiv keçid mərhələsi olaraq qalmağa davam edəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Konstantin Simonov 2025-ci ildə beynəlxalq münasibətlərdə mümkün dəyişikliklər və onların Cənubi Qafqaza təsiri haqda danışarkən deyib.
Onun sözlərinə görə, əvvəlki iki il ərzində bütün dünya 2025-ci ildə daha intensiv davam edə biləcək yeni dünya düzəninin fəal formalaşmasının başlanmasının şahidi olub:
"Yanvarda fəaliyyətə başlayacaq Tramp administrasiyası beynəlxalq münasibətlərin gələcək inkişafı üçün mühüm hadisədir. ABŞ-ın yeni seçilmiş prezidenti artıq Ukrayna məsələsində sülhə nail olmağa çalışacağını bəyan edib. Hələlik Trampın hansı yolu tutacağı bəlli deyil, bunun Rusiyaya qarşı kompromis və ya təzyiq siyasəti olacağı bilinmir. Mən ehtimal edirəm ki, bu, Rusiya ilə sülh üçün Kiyevə təzyiq siyasəti olacaq. Ötən ilin sonunda Fransada Makron-Tramp-Zelenski danışıqları baş tutub. Düşünürəm ki, Kiyev Trampın prinsipləri ilə kifayətlənmir və bu il ərzində biz Qərb ictimaiyyətinin Ukrayna ilə bağlı ABŞ-a bəzi "təzyiq" cəhdlərini müşahidə edəcəyik.
Hesab edirəm ki, ABŞ-dan Kiyevə yardımın həcmi azalacaq. Məhz bu səbəbdən Bayden Ukrayna rejiminə yeni vəsait ayırmağa tələsir. Bu baxımdan bu il biz əvvəlki iki ildən əhəmiyyətli dərəcədə fərqli inkişafların şahidi olacağıq. Bunun sülhə nə dərəcədə töhfə verəcəyini indidən söyləmək çətindir, amma çoxlu dəyişikliklər olacaq".
Cənubi Qafqaza gəlincə, Simonovun fikrincə, o, bir neçə reallığın təsiri altında olacaq:
"Birincisi, artıq şahidik ki, Türkiyənin mövqeləri güclənib və ola bilsin ki, ABŞ-ın yeni siyasəti Cənubi Qafqazda daha zəif olacaq. O ki qaldı Rusiyanın bu regionda təsiri məsələsi, Ermənistan-Rusiya münasibətləri çox pis vəziyyətdədir, 2025-ci ildə də eyni səviyyədə olacağını düşünürəm. İrəvanla Bakı arasında regional problemlərin tezliklə həlli perspektivini də görmürəm. Məncə, təsir dairələri uğrunda mübarizə davam edəcək və bu da gərginliyi artıracaq".

Siyasi       Tarix: 03 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026