Türkiyədə azana hörmətsizlik edən müğənni səhnədən QOVULDU
İstanbulun Büyükçekmece rayonunda keçirilən toy mərasimində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, məclisdə çıxış edən müğənnidən azan vaxtı musiqiyə qısa fasilə verilməsi istənilib. Lakin bu istək tərəflər arasında gərginliyə səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, sənətçi məkan rəhbərliyinin müraciətinə sərt reaksiya göstərib. Bundan sonra toy məkanında mübahisə yaranıb və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün məkan sahibləri məsələyə müdaxilə ediblər.
Bildirilib ki, yaşanan narazılıqdan sonra müğənninin çıxışı yarımçıq dayandırılıb və o, səhnədən uzaqlaşdırılıb.
Hadisənin görüntüləri və iddialar qısa müddətdə sosial mediada yayılıb. İstifadəçilərin bir qismi dini və mənəvi dəyərlərə hörmətin vacibliyini vurğulayarkən, digərləri isə baş verən hadisə ilə bağlı fərqli mövqelər səsləndiriblər.
Məsələ sosial platformalarda geniş rezonans doğuraraq çoxsaylı şərhlər və müzakirələrlə gündəmdə qalmaqdadır.

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub