Türkiyənin hərbi rəhbərliyi Bakıya gəldi

Türkiyənin hərbi rəhbərliyi Bakıya gəldiAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə azxeber.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.
Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

Siyasi       Tarix: 24 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İranla sazişdən sonra ABŞ Rusiya ilə bağlı bu addımı atacaq – Kreml nə gözləyir?

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri Vaşinqton və Tehran arasında nəzərdə tutulan memorandumun imzalanmasından sonra baş tuta bilər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçis

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. paylaşımı təqdim edir:

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakad

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib. xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Ta

İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. /

Slovakiya Azərbaycanı təbrik etdi

Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Slovakiya Respublikasının Bakıdakı səfirliyi Mill

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım olunub. "15 iyun-Milli Qurtuluş Günü münasibətil

İran bu qərarından əl çəkməyəcək - ŞOK DETAL

Yaxın Şərqdə regional təhlükəsizlik və qlobal enerji marşrutlarının gələcəyi ilə bağlı diqqəti çəkən analitik hesabat yayılıb. Qərb hərbi ekspertlərinin rəyinə görə, mövcud gərginliklər tamamilə yekunlaşsa belə, İran bölgəni

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişində


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son dəqiqə xəbər az en son xeberler enson xeberler