Türkofobiyadan yaranan DÖVLƏT – İran necə quruldu və onun missiyası nədir? – TARİXİ FAKTLAR

Türkofobiyadan yaranan DÖVLƏT – İran necə quruldu və onun missiyası nədir? – TARİXİ FAKTLARƏn böyük dərs tarixi həqiqətlərdir. Nəyinsə mahiyyətinə varmaq istəyirsənsə hökmən tarixə boylanmalısan. Bu mənada Qarabağ münaqişəsinin niyə 35 il çəkdiyini, Zəngəzur dəhlizinin açılmama və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının dalana dirənməsinin səbəblərini bu gündə yox, keçmişdə axtarmaq lazımdır. Ən əsası İranın Azərbaycanın müstəqilliyini qəbullana bilməməsinin sirləri də tarixin qalın qatlarında yatıb qalıb. Ona görə yaxın 100 ilə qısa ekskurs etmək istədik.
Osmanlı imperiyası və Qacar dövlətləri niyə eyni vaxtda çökdü?
Bildiyiniz kimi 100 il qabaq Osmanlı imperiyası süqut edəndə bir sıra yeni dövlətlər yarandı. Bu imperiya sünnü təmayüllü bir imperiya idi. Dağılan imperiyanın yerində yaranan dövlətlərin tam əksəriyyəti də təbii ki, sünnü təriqətinin daşıyıcıları idi. Bu isə Qərbin maraqlarına uyğun deyildi. Dini həmrəyliyi aradan qaldırmaq üçün Qərb yeni bir layihəyə start verdi. Yeni yaranan ərəb dövlətləri qısa zamanda Qərbin təsiri altına düşdü. Amma Qərb üçün bu kifayət deyildi. Müsəlman dövlətlərinin mərkəzində radikal və pozucu bir dövlətə ehtiyac vardı. Yeni dövlət təkcə təriqətə görə yox, həm də radikallığına görə seçilməli idi.  Belə bir dövlətin daşıyıcıları isə ancaq farslar ola bilərdi. Farslara isə ən yaxşı dəstəkci ermənilər ola bilərdi. Ona görə də Qərbin və bolşevik Rusiyasının istəyinə əsasən dünyada 2 yeni dövlət-İran və Ermənistan yaradıldı.
Baxın, Osmanlı İmperiyasının dağılması Qacarlar dövlətinin süqut etməsi ilə eyni vaxta düşüb. Osmanlı İmperiyasının dağılması və Qacarların süqutu əslində türkçülüyün çöküşü, islamın parçalanması idi. Osmanlının varisi kimi Türkiyə Cümhuriyyəti yaransa da onun sərhədləri imperiyanın ərazilərinin çox cüzi hissəsinə sahib çıxa bildi. Qacarların süqutundan sonra isə türklər burada  hakimiyyətdən tamamilə uzaq salındı. Beləcə, türklərin 400 illik hakimiyyəti sonlandırılaraq əvəzində yeni fars dövləti yaradıldı. Qəribədir ki, o illərdə dünyada yeni yaranan dövlətlər demokratik yolu tutsa da, yeni yaranan İran dövlətində şah üsuli-idarəsi saxlanıldı. Bu da təsadüfi deyildi. Çünki, qeyri-demokratik dövlətlər beynəlxalq güclər tərəfindən daha rahat idarə olunur. Beləcə 1925-ci ildə hakimiyyətə gətirilən Pəhləvilər 1979-cu ilə qədər hakimiyyətdə qaldılar. Beləcə, tarixə yeni bir dövlətin adı -İran yazıldı. 1925-ci ilə qədər tarixi mənbələrin heç birində İran adlı dövlətə rast gəlinmir.
İran dövlətinin yaranması Qəbin, həm də SSRİ-nin maraqlarına da xidmət edirdi
SSRİ-nin tərkibində 5 türk respublikası, 10-a yaxın türk və müsəlman muxtar respublikaları vardı. Onları rahat idarəetmək və milli  və dini təəssübkeşliyi aradan qaldırmaq üçün İran kimi bir dölətin olması çox vacib idi. İran dövləti təkcə türkçülüyün düşməni deyildi, həm də islam dəyərlərinə qarşı çıxan bir qurum idi. Şah dövründə İran bütün islami dəyərlərdən bir növ məhrum edildi. Qərbin yabançı həyat tərzi ölkəyə gətirildi. Daha çox Qərb mədəniyyəti təlqin edildi. Bu da təbii ki, Qərbin layihəsinin bir parçası idi.
İran türk birliyinin bərqərar olmasında ən böyük maneədir
Bu ölkə ötən illərdə 30 milyondan artıq türkü təkcə bütün insani hüquqlardan məhrum etmədi, həm də onların Şimali Azərbaycanla və digər türk xalqları ilə əlaqəsini birdəfəlik kəsdi. Farslar həm Türkiyənin, həm də digər türk dövlətlərinə qarşı hər zaman düşmən mövqedən çıxış edib. Və bu sahədə  göstərişləri bir qayda olaraq Avropa dövlətlərindən və SSRİ-dən alıblar.
Çox təssüf ki, tarixçilərimiz uzaq keçmişi yox, heç son 100 ildə regionda baş verən proseslərə lazımınca diqqət ayırmayıblar. Məsələn, bu günədək 1943-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin İkincü dünya müharibəsi ilə bağlı müzakirələrin niyə məhz Tehranda keçirildiyi barədə heç bir əsaslandırılmış araşdırmaya rast gəlinmir. Sual oluna bilər ki, niyə uzaq ABŞ dövlətinin başçısı müharibəni müzakirə etmək üçün Avropaya və yaxud dinc Asiya ölkəsinə deyil, məhz qaynayan İrana gəldi? Həmçinin də, bunu Böyük Britaniya və SSRİ lideri barədə də sual etmək olar.
Almaniya-Türkiyə ittifaqı kimlərin kabusu idi?
Məsələ ondadır ki, həm birinci, həm də ikincü dünya müharibəsində Türkiyə  Almaniya ilə eyni ittifaqda idi. Üstəlik, SSRİ tərkibindəki türk xalqlarının Avropadakı mühacirləri Hitler Almaniyasını dəstəkləyirdi. Məsələn, müharibə illərində Məhəmməd Əmin Rəsulzadə dəfələrlə Berlində olub, almanlarla ən yüksək səviyyədə danışıqlar aparmışdı. Əgər SSRİ süqut etsəydi, onda yeni türk dövlətləri yaranma ehtimalı böyük idi. Və yaxud türk dövlərinə himayədarlıq Türkiyənin öhdəsinə keçə bilərdi.
Bu plandan təbii ki, həm Qərbin, həm də SSRİ-nin xəbəri vardı. Ona görə də onlar bu ideyanın qarşısını almaq üçün Tehranda toplaşdılar. İdeoloji və iqtisadi baxımdan bir-birinə düşmən olan SSRİ ilə Qərbi bir araya gəlməsinə tək səbəb fürer Almaniyasının SSRİ-ni ələ keçirməsindən sonra yeni türk dövlətlərinin yaranması qorxusu idi. Çünki, Hitlerin türklərə münasibəti ən pis halda loyal idi. Hələ Türkiyə ilə müttəfiqliyini demirik.
Böyük Azərbaycan layihəsi necə aradan qaldırıldı?
Almaniyanın SSRİ-yə hücum etməsi ilə eyni vaxtda İranda Azərbaycanlıların növbəti milli hərəkatı başladı. 1941-ci ildə Rza şah taxtdan salınır. Və məhz həmin günlərdə Seyid Cəfər Pişəvəri azadlığa çıxır və yeni partiya yaradır. Və az sonra Azərbaycan Milli Hökümətinin yaranmasını elan edir. Təbii ki, İranda baş verən bu oyanış hərəkatı Qərbin və SSRİ-nin maraqlarına qətiyyən uyğun gəlmirdi. Ona görə də üç dünya lideri 1943-cü ilin 28 noyabrında Tehrana gəlir. Maraqlıdır ki, təyyarfobiyası olan Stalin Tehrana tez çatmaq üçün ömründə ilk dəfə təyyarəyə minir. Və 3 lider 3 gün gərgin müzakirələr aparırlar.
Tehran görüşü təbii ki, sonra baş verəcək proseslərin yönünü müəyyən etdi. Fürer Almaniyasına qarşı bu 3 dövlət bütün düşmənçiliklərinə rəğmən eyni mövqedən çıxış etdilər. Beləcə. Tehranda təkcə almanların durdurulma planı hazırlanmadı, eləcə də türklərin yenidən birləşmə ehtimalları aradan qaldırıldı. Tehran görüşündən sonra ABŞ və Böyük Britaniya Almaniyaya qarşı Qərb cəbhəsini açdı.  Ən başlıcası isə İranda başlanmış hərəkatın qarşısı alındı. Azərbaycan Milli Höküməti süquta uğradıldı. Rza şah yenidən taxtına qaytarıldı. Şimali Azərbaycana sığınan Seyid Cəfər Pişəvəri isə 1947-ci ildə KQB-nin göstərişi və ermənilərin iştirakı ilə avtoqəzada öldürüldü. Beləcə, türk faktoru İkinci Dünya müharibəsinin və fürer Almaniyasının taleyini həll etdi.
Bəs, Qərbin və SSRİ-nin türklərdən bu qədər ehtiyat etməsinin səbəbi nədir?
Bu sualın da cavabı tarixin mürgülüyən səhifələrində yatır.
Çüngiz xandan tutmuş səlcuqlara, Osmanlıdan tutmuş Səfəvilərə, Qacarlara qədər xristian aləmi türklərdən hər zaman ehtiyat edib, çəkinib. Və türklərin dünyanı hegemonluğuna gedən yolu Vatikanda hazırlanan planlar əsasında xristian dövlətləri ustalıqla kəsiblər. Nə yazıq ki, xristian dövlətləri bu məsələdə türk hökmdarlarını bir-birinə qarşı qoymaqla daha çox şeyə nail olublar. Məsələn, Çingiz xanın və onun davamçılarının Avropaya yürüşlərini çox təəssüf ki. digər türk dövlətləri əngəl olublar. Xristian aləmi bunun üçün səlçuqlulardan da, osmanlılardan da və səfəvilərdən də qədərincə  bəhrələniblər.
Türklərin birliyinə və islam həmrəyliyinə əngəl olmaq İranın əsas vəzifəsidir
Son 100 ildə İran türk həmrəyliyinə gedən yolda ən böyük əngəldir. Ona görə də Qərb, Çin və Rusiya sözdə İrana qarşı çıxsalar da reallıqda bu dövləti dəstəkləyirlər. Son 30 ildə "ərəb baharı" və daha başqa adlar altında bir sıra müsəlman ölkələrini xarabazarlığa çevirən Qərb dediyimiz səbəblərə görə İrana hərbi müdaxilə etmir. İqtisadi sanksiyalarla öz işini bitmiş hesab edir. Halbuki, bu sanksiyalar Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla müqayisədə xeyli zəifdir. Bu da onu  göstərir ki, Qərb İranın dağılmasını yox, zəif və daha rahat idarə olunmasını istəyir. Və buna da hələki nail olur. Təsadüfi deyil ki, Qərbdən fərqli olaraq Çin və Rusiya da İrana davamlı dəstək verir.
İransa Qərbin və Şərqin ortaq maraqlarından maksimum dərəcədə faydalanır. Hazırda Çin və Rusiya İrana investisiya yatımaqda və qrant verməkdə yarışa çıxıblar. Qərbsə İranla sadəcə informasiya müharibəsi aparır. Amma bu güclərin heç biri İranın viran qalmasını istəmir. Çünki, İran dağılacağı təqdirdə Azərbaycan əhalisinə görə Türkiyədən sonra ikinci, ərazisinə görə isə üçüncü böyük türk dövlətinə çevrilə bilər. Ən əsası Azərbaycanın Türkiyə  və Türkmənistanla çox geniş quru sərhədləri yarana bilər. Bu isə artıq Böyük Turanın ən böyük halqası ola bilər. Zəngin karbohidrogen ehtiyatlarına və nəqliyyat dəhlizlərinə malik türk dövlətlərininsə qarşısında heç bir güc dayana bilməz. Ona görə də nə Qərb, nə də Rusiya və Çin heç zaman İranın parçalanmasına yol vermək istəməyəcək. Bunu İran hakimiyyəti də çox yaxşı bilir. Və var gücü ilə türkçülüyü və islam birliyini parçalamaq üçün əlindən gələni edir. Elə Zəngəzur dəhlizini özünün qırmızı xətti elan etməsi də bunun sübutudur. Sonda onu da xatırladaq ki, İranın heç bir müsəlman ölkəsi ilə normal münasibəti yoxdur. Türkiyə, Azərbaycan, Pakistan rəsmi Tehranın düşmənləri sırasında ilk 3 yeri tutur. Əfqanıstan və ərəb ölkələri də bundan sonra gəlir. Bax, bu səbəblərə görə fövqəlgüclər İranın viran olmasını istəmirlər.
Bizim.Media / konkret.az

Siyasi       Tarix: 09 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinc

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodrigesə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Venesuelada baş vermiş güclü zəlzələ nəticəsind

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi

İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:. "Hörmətli xanım General-Qubernator,. Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi prosesləri

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər ensonxeberler son xeberler bugun sonxeber.az