Üç il əvvəl fəlakət yaşanan kruiz gəmisində daha bir həyəcan təbili
Üç il əvvəl fəlakət yaşanan kruiz gəmisində daha bir həyəcan təbili
ABŞ-yə məxsus "Ruby Princess" kruiz gəmisində 300-ə yaxın sərnişin və heyət üzvü bağırsaq infeksiyasına yoluxub.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Qeyd olunub ki, kruiz fevralın 26-dan martın 5-dək baş tutub, layner artıq Texas ştatının Qalveston şəhərinə yanaşıb. Xəstəlik 2881 nəfərdən ən azı 284-nə təsir edib. Onlar qusma və ishal kimi simptomlarla üzləşiblər.
Baş verənlərin dəqiq səbəbi bilinmir.
Ancaq gəminin sahibi olan "Princess cruises" şirkəti "norovirus"u ən çox ehtimal olunan səbəb adlandırıb.
Qeyd edək ki, "norovirus" adətən "kruiz gəmisi virusu" hesab olunur.
Xatırladaq ki, 2020-ci ildə "Ruby Princess" gəmisi koronavirusun ocağına çevrilmişdi. Həmin vaxt layner yüzlərlə yoluxmuş insanla Sidney limanına yanaşmışdı. Daha sonra yoluxanların sayı 663 nəfərə çatmış, onlardan da 28-i həyatını itirmişdi.
Mənbə: Lenta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR