Unibank 2019-cu ili mənfəətlə başa vurub

Unibank 2019-cu ili mənfəətlə başa vurub"Unibank" KB ASC 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr  2019-cu il tarixə bankın əldə etdiyi mənfəət (İFRS üzrə) 79 milyon manat təşkil edib. Bankın kapitalı (İFRS üzrə) 135 milyona çatıb.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2019-cu ili bank üçün uğurlu illərdən biri kimi dəyərləndirib: "Ötən il Unibank üçün inkişaf prosesləri və nailiyyətlərlə yadda qaldı. Ilk növbədə banklar üçün mühüm tədbirlərdən biri olan  "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Prezident fərmanını uğurla icra etdik. 125 minə yaxın müştəriyə 66.5 milyon manat məbləğində kompensasiya vaxtında ödənildi. Bu, bizim qarşımızda olan çox vacib və mühüm bir iş idi. Bankımız bütün göstəricilər - kredit və depozit portfelləri, müştəri sayı, kredit kartları -üzrə əhəmiyyətli artım əldə edib. Bankın daxili insitutisional inkişafı üzrə böyük iş apardıq. Əldə etdiyimiz bütün nəticələr onu deməyə əsas verir ki, 2019-cu il bu il və qarşıdakı illər üçün "Unibank"ın daha böyük uğurlarına zəmin ili olub".
İlin əvvəlindən bankın aktivlərinın həcmində 12 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 787 milyon manat təşkil edib.
2019-ci il ərzində də bankda aktiv kreditləşmə müşahidə olunub. Ümumi kredit portfeli 13% artaraq 507 milyon manata çatıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən illə müqayisədə 52% artıb.
"Unibank"ın depozit portfeli il ərzində böyüyüb. Müddətli depozitlər illik 19%  artaraq 31 dekabr 2019-cu il tarixinə 345 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə illik artım 18% olub və 31 dekabr 2019-cu il tarixinə 185 milyon manat təşkil edib.
Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 30% artaraq 356 minə çatıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
Unibank- hər kəsin bankı! /news.milli.az

İqtisadiyyat       Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər