Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib

Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib"Unibank" KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Bu qiymətli kağızların diqqətəlayiq xüsusiyyəti onun yüksək likvidliyidir. Marketmeyker bütün dövriyyə müddətində qiymətli kağızların alqı-satqısı üçün kotirovkaların saxlanmasına zəmanət verir.
Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, ölkənin maliyyə bazarında innovasiyalar sahəsində lider olan Unibank, həmçinin dinamik inkişaf edən qiymətli kağızlar bazarında da həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk emitentlərindən biridir: "Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Banka müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını təmin etməklə yanaşı, aktiv marketmeytinq sayəsində bazara qısamüddətli likvidliyin idarə edilməsi üçün yeni alət verir. Bu alət vasitəsilə həm korporativ,həm də pərakəndə müştərilər istənilən vaxt istiqrazları ala və sata bilərlər. Bu isə onlara illik depozitlərlə müqayisə edilə bilən, lakin daha qısa müddətə gəlir təmin etmək imkan yaradacaq".
Unibank KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Unibank korporativ sektordan artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan ilk yerli emitentdir.
Qeyd edək ki, premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

İqtisadiyyat       Tarix: 28 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 xeberler bu qun cəbhədən son vəziyyət azerbaycan son xeber bugun