"USAID revanşist qüvvələri Azərbaycana qarşı bəsləyir" - RƏY

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək.
Görəsən, sözügedən təşkilatın erməni sevdasının səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi analitik Yeganə Hacıyeva təşkilatın erməni sevdasının səbəbini açıqlayıb:
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) hökumətin büdcəsində maliyyələşən və ən çox erməni lobisi ilə əməkdaşlıq edən təsisatdır. Qurumun anti-Azərbaycan fəaliyyəti zaman-zaman iradlara tuş gəlir və onun həyata keçirdiyi layihələr kənar maraqlara xidmət edir. Təşkilat qonşu ölkənin lobbisinin birbaşa diktəsi ilə Qarabağ erməniləriylə bağlı mövzuları tez-tez gündəmə gətirir. USAID qlobal sahədə fəaliyyət göstərən ABŞ agentliyi kimi öz siyasi məqsədlərinə qeyri-siyasi yollarla çatdırmaq niyyəti güdür".
Ekspert bildirib ki, təşkilat Azərbaycana qarşı olan revanşist qüvvələri bəsləyir:
"USAID Ermənistanda psixososial layihələr adı altında yeni "ideoloji quruculuq işi" aparır. Təsisatın təşəbbüsü ilə bu günlərdə "Qarabağdan məcburi köçkün düşmüş qadınların psixoloji və hüquqi ehtiyacları" adlı görüş keçirilməsi də qadın haqları mövzusundan istifadə etməklə ölkəmizə qarşı təzyiq alətiləri formalaşdırmaq məqsədi daşıyır. Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanda aktivləşməsi və oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslara başlaması müşahidə olunur. USAID sözügedən dövlətdə "ideoloji quruculuq işləri" layihəsi ilə Azərbaycana qarşı revanşist qüvvələri bəsləyir".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 13 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bugun krimnal bugun xeberler