Uşaq koronavirusa yoluxubsa, nə etməli? - Baş pediatr açıqladı

Uşaq koronavirusa yoluxubsa, nə etməli? - Baş pediatr açıqladı"Uşaqda COVID-19 simptomları müşahidə edilirsə, onun test olunması mütləqdir. Uşaqlar COVID-19 xəstəliyini, adətən, yüngül keçirsələr də, məsələyə etinasız yanaşmaq olmaz. 
Nəzərə almaq lazımdır ki, immuniteti zəif, artıq çəkidən əziyyət çəkən, o cümlədən nevroloji problemləri olan uşaqlar koronavirusu çox ağır keçirə bilərlər. 
Belə problemlər olmadığı halda, uşaqlar COVID-19-u, adətən, yüngül və ya orta keçirirlər. Nadir hallarda isə bəzi uşaqlar infeksiyanı yüngül keçirsələr də, sağaldıqdan sonra onlarda orqanizmin bütün sistemlərini əhatə edən bir sıra xəstəliklər ortaya çıxa bilər. Lakin narahat olmağa dəyməz, çünki həmin xəstəliklərin də müalicəsi var".
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov deyib.
Həkim-mütəxəssis bildirib ki, valideynlər qızdırması yüksək olan uşaqları çox qalın geyindirməməli, onlara bol maye içirtməli və istirahətlərini təmin etməlidirlər
E.Rəhimovun dediyinə görə, infeksiya əlamətləri olan uşağı məktəbə və ya bağçaya göndərmək olmaz:
"Uşağın səhhətində narahatlıq hiss edilən kimi həkim müayinəsi mütləq aparılmalıdır. Əlavə olaraq, uşaqları özbaşına müalicə etmək olmaz. Bəzi valideynlər övladları xəstələndiyi zaman aptekə üz tutaraq müxtəlif antibiotiklər alır və uşağı özbaşına müalicə etməyə çalışırlar.
Əgər həmin dərman preparatları doğru təyinat olmazsa, uşağa çox zərər verə bilər. Həmçinin şəxsi gigiyenanın əhəmiyyətini qabartmaq, məsələni düzgün şəkildə uşaqlara izah etmək lazımdır. Əl təmizliyi, tibbi maskadan istifadə kimi gigiyenik qaydalara əməl etmək xüsusilə pandemiya dövründə çox vacibdir. Uşaqlar bir-biri ilə, mümkün olduğu qədər, yaxın təmasda olmamalı, onlar xəstələrdən uzaq saxlanılmalıdırlar. Gigiyenik qaydalar, onların vacibliyi və tətbiqi uşaqlara aşılanmalıdır".

Sağlamlıq       Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler metbuat xeberleri son xabarlar xəbərlər