Uşaqlıq depressiyası: Övladlarımızı bu xəstəlikdən necə qoruya bilərik?

Uşaqlıq depressiyası: Övladlarımızı bu xəstəlikdən necə qoruya bilərik?Bu gün forumlarda və valideyn söhbətlərində müzakirələrin çoxu uşaqların idarəolunmaz hala gəlməsindən bəhs edən mövzulardan ibarətdir. Həmin gileylərdə xüxuxilə vurğulanır ki, balacalar olduqca şıltaqdırlar və əylənməyə daha çox meyilli olublar. Adi vəzifələrini belə yerinə yetirmək istəməyən uşaqlar həssas, çılğın, tərs və anlaşıqsız olurlar.
Psixoloq Anna Solntseva hesab edir ki, bu cür davranış uşaqlıq depressiyasının əlaməti ola bilər: "Uşaq və böyüklərin depressiyası iki fərqli xəstəlikdir. Böyüklər "mən ölmək istəyirəm" depressiyasına daxil olanda onlarda əsas əlamət kədər hissləridir.
Depressiyada olan uşaqlar isə əsəbi və aqressiv olur. Belə uşaqlarda "Mənə toxunma" kimi oxşar qeyri-ixtiyari hərəkətlər formalaşır. Uşaqların depressiyası həm də baş və qarın ağrıları, əsəb gərginliyi ilə müşahidə olunur. Depressiyanın aradan qaldırılması üçünsə ağrıkəsicilər işləmir.
Onda nə etməli? Məlum olduğu kimi, uşaq və böyüklərin depressiyasının təzahürləri fərqli olduğundan, bu xəstəliklərin müalicə üsulları də fərqlidir.
Uşaq depressiyasının ən mühüm müalicə üsullarından biri oyunlardır. UNICEF-in təqdim etdiyi araşdırmalara görə, uşaqlara stresin öhdəsindən gəlməyə kömək edəcək 3 oyun faydalıdır.
Su ilə oyunların təşkili
Su emosional azadlığı təşviq edir. Uşaq suya sıçrayanda və ya bir qabdan digərinə tökəndə çox sakitləşir. Balaca gölməçədə və ya çay qırağında üzən oyuncaqlar uşaqlarda rahatlaşdırıcı effekt yaradır.
Su vannasına belə üzə bilən oyuncaqları doldurun. Uşağınızın istəyilə su şlanqlarının fışqırmasını təşkil edin. Bu da oyun terapiyasının bir hissəsidir. Beləliklə, istənilən gərgin uaq daxilində yığılan stressdən xilas olur.
Əgər uşaq kiməsə su tökürsə və ya sulayırsa, onu danlamayın.
"Tornado testi"
Bir uşağın hazırda depressiyadan nə qədər güclü əziyyət çəkdiyini başa düşmək üçün kağız parçasının üzərinə dəniz və onun üstündə Tornadonu əsk etdirən şəkil çəkin. Uşaqdan gördüyü rəsmi təsvir etməyi və şəkildə özünü necə hiss etdiyini göstərməyi xahiş edin: sakit dəniz və ya qəzəbli tornado olduğunu qoy özü sizə desin.
Əgər uşaq öz əhvalını tornadoya bənzədirsə, uşağa daxili gərginlikdən qurtulmağa kömək edin. Fiziki fəaliyyət buna kömək edəcək. Ona "Beş dəfə pilləkənlərlə qalxıb enə bilməyəcəyinə mərc edirəm" və ya "Kimlə rəqs edək, oynayaq" kimi sözlər söyləyin.
Uşaqlarla birlikdə oyuncaqlarla nəfəs alın və ya onlarla birlikdə baloncukları üfürün
Əgər uşağın daxili stresdən qapalı və ya təngnəfəs olduğunu görsəniz, onun diafraqmatik nəfəsini tənzimləyin. Bunu etmək üçün onu arxası üstə uzanmağı və sevimli yumşaq oyuncağını qarnına qoymağı xahi edin və bunu bir oyun kimi uşağa təqdim edin. Yumşaq oyuncağın mümkün qədər yuxarı qalxması üçün dərindən nəfəs almasını xahiş edin və sonra aşağı enməsi üçün nəfəs alın. Belə bir oyun uşaqlara dərin nəfəs almaq üçün mədədən istifadə etməyi öyrətməyə kömək edəcəkdir.
Nəfəs alarkən uşağın sakitləşməsinə kömək edəcək başqa bir oyun sabun köpüyü üfürməkdir. Bu, ən böyük sakitləşdirici təsirlərdən biri sayılır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Sağlamlıq       Tarix: 27 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri novruz bayramı ən son xəbər cəbhədən xəbərlər valyuta mezennesi banklar