ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqladı

ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqladıHazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.
KONKRET.az xəbər verir ki,bu barədə apa-nın sorğusuna cavab olaraq ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.
Qeyd edilib ki, bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir: "Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə oldu. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyini nəzərə alsaq, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamları Avropa regionunda yayılma potensialına malikdir".
Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: "Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.
Məlumatda deyilir ki, ÜST qlobal Mpox multi-ölkə riskininin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.
ÜST, təklif edildiyi təqdirdə, insanları Mpox əleyhinə peyvənd olunmağa çağırır: "Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir".
Virusun hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayıldığı diqqətə çatdırılıb: "Bu ölkələrə gedənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxmasını ehtimal etdikləri şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər".
Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0 ilə 11% arasında dəyişib.

Sağlamlıq       Tarix: 20 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən yeni xəbərlər iqtisadiyyat xeberleri bugun xeber.az