ÜST-dən xəbərdarlıq: Yeni pandemiya riski artır

ÜST-dən xəbərdarlıq: Yeni pandemiya riski artırÜmumdünya Səhiyyə Təşkilatının ("ÜST") müşavirlərindən biri, doktor Rita İssa (Rita Issa), iqlim böhranının 2050-ci ilə qədər yeni pandemiyanın yaranmasına səbəb ola biləcəyini bildirib.  
KONKRET.az xəbər verir ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının ("BMT") İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında ("COP29") sualları cavablandıran İssa, iqlim böhranının insan sağlamlığına çoxsaylı təsirlər göstərdiyini vurğulayıb. O, ekstremal hava hadisələrindən qaynaqlanan xəsarətlər, yoluxucu xəstəliklər və isti hava dalğalarının yaratdığı problemlərin bu təsirlərin bir hissəsi olduğunu qeyd edib.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
ÜST müşavirinin açıqlamaları:
İssa "COP29" çərçivəsində mövzu ilə bağlı çoxsaylı müzakirələr aparıldığını qeyd edib:
"Ekstremal istilərin ürək sağlamlığı üzərində ciddi təsirləri var. Hər il həddindən artıq istilərin səbəb olduğu ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İqlim dəyişikliyi hər yaş qrupundan insanın sağlamlığını təhdid edir, lakin xüsusilə həssas qruplar üçün daha böyük risklər yaradır. Bu qruplara yaşlılar, uşaqlar və hamilə qadınları daxil etmək mümkündür. Bundan əlavə, iqlim böhranı artıq sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün əlavə yük yaradır."
İssa iqlim böhranı ilə yoluxucu xəstəliklər arasında əlaqəyə diqqət çəkib. Onun sözlərinə görə, xəstəlik daşıyan canlıların bölgə dəyişməsi bu əlaqənin əsas səbəblərindəndir.
Malyariya və dang qızdırması yayan ağcaqanadların qlobal istiləşmə nəticəsində yaşayış yerlərini dəyişdiyini bildirən İssa, bu kimi hallar nəticəsində pandemiya riskinin artdığını vurğulayıb.
O əlavə edib:  
"İqlim dəyişikliyi mütləq yeni pandemiyaya səbəb ola bilər. ÜST-nin "COP29" çərçivəsində bir həftə ərzində həyata keçirdiyi proqramlarda iqlim böhranının pandemiya risklərini artırdığına dair çoxlu sübut təqdim edildi. Bunun əsas səbəbi pandemiyaya yol aça biləcək xəstəliklərin insanların təbiətlə və biomüxtəlifliklə olan əlaqəsindən qaynaqlanmasıdır. Təbiət, biomüxtəliflik, iqlim dəyişikliyi və insan sağlamlığı bir-biri ilə sıx bağlıdır. İqlim böhranı nəticəsində insanların təbiətlə əlaqələrində dəyişikliklər müşahidə olunur və bu, 2050-ci ilə qədər yeni pandemiyanın yaranması ehtimalını artırır."
"COP29″un sağlamlıq gündəmi:
İssa, iqlim böhranının səhiyyə xidmətlərinə çıxışda da problemlər yaratdığını qeyd edib. Xüsusilə iqlim böhranından ən çox təsirlənən qlobal cənub ölkələrində kifayət qədər tibb işçisinin olmadığını və ekstremal hava hadisələrinin mövcud səhiyyə infrastrukturuna ciddi zərər verdiyini bildirib.
O, açıqlamasını belə yekunlaşdırıb:
"COP29-un səhiyyə ictimaiyyəti üçün bir çox fərqli təsirləri oldu. Burada səhiyyə üçün xüsusi bir bölmənin ayrılması bizim üçün çox əhəmiyyətli idi. Mövzu ilə bağlı xüsusi hesabat yayımladıq və yalnız "İqlim və Sağlamlıqda Transformativ Fəaliyyət Alyansı"na bir tam gün həsr etdik. Bu alyansa Azərbaycan və Tonqa yeni qoşulan iki ölkə oldu. Bununla yanaşı, COP gündəmində insan inkişafı və sağlamlıq mövzusuna xüsusi bir gün ayrıldı. Lakin sağlamlığı müzakirələrin mərkəzinə yerləşdirmək və azaltma, uyğunlaşma, maliyyələşmə kimi məsələlərdə onun mövqeyini dəqiq müəyyən etmək üçün hələ də çox iş görülməlidir."

Sağlamlıq       Tarix: 25 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi son xeber xeberler az