ÜST: Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır
Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib.
Qebreyesus bildirib ki, bu, koronavirus testinin qlobal azalması fonunda baş verir.
ÜST rəhbəri bütün dövlətləri əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvənd olunmasına və infeksiyanın yayılmasını dayandırmaq üçün sanitar məhdudiyyətləri yenidən tətbiq etməyə çağırıb.
Qebreyesusun sözlərinə görə, bütün dünyada 2020-ci ilin martından başlayaraq yoluxma ən aşağı səviyyəyə düşsə də, Afrikada xəstəlikdən ölüm halları artıb.
"Koronavirus hər dönüşdə sürprizlər təqdim edir və onun intensivliyini proqnozlaşdırmaq hələ də mümkün deyil", – ÜST rəhbəri qeyd edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək. 2019-cu ildən ilk dəfə əyani keçiriləcək illik forumda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.
Forumun əsas mövzusu "Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya" olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün "yol xəritəsi"ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.
Assambleya ÜST-ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-ün hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto