ÜST mütəxəssisləri Azərbaycana səfərə gəldi

ÜST mütəxəssisləri Azərbaycana səfərə gəldiAvropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək" layihəsi çərçivəsində ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.
ÜST-nin Azərbaycan nümayəndəliyindən KONKRET.az-a bildirilib ki, səfər çərçivəsində yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər təşkil ediləcək.
Görüşlərdə ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin missiyası çərçivəsində Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə dair müzakirələrin keçirilməsi planlaşdırılır.
Bu gün COVID-19 vaksinasiya kampaniyasının nəzərdən keçirilməsi və Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq, Azərbaycanda müntəzəm immunizasiya tədbirlərinin planlaşdırılmasına dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla görüş keçirilib.
Tədbir zamanı ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndələri, peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə ekspert və proqram meneceri Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma, analiz və monitorinq üzrə ekspert və qrup rəhbəri Roberta Pastore Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi üçün immunizasiyaya yatırılan sərmayələrin əhəmiyyəti və ÜST Avropanın İmmunlaşdırma Gündəliyinə dair planları haqqında məlumat təqdim edibər. Bununla yanaşı, görüş zamanı "Heç kəs kənarda qalmasın" şüarı çərçivəsində davamlı immunizasiya sistemləri ilə bağlı müzakirələr aparılıb. Görüş iştirakçıları əməkdaşlıq və Səhiyyə Nazirliyinə mövcud dəstəyin genişləndirilməsi, BMT agentlikləri, Aİ, Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı, beynəlxalq təşkilatların rolu və digər məsələlərə toxunublar.
Üç günlük missiya çərçivəsində Avropa üzrə Regional Ofisin ekspertləri və ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı yerli səhiyyə qurumları – Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov və digər rəsmilərlə görüşlər keçirərək COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya məsələləri ilə bağlı cari vəziyyəti, habelə gələcək planları və perspektivləri müzakirə edəcəklər.
ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya çərçivəsində əraziyə birgünlük səfər planlaşdırırlar. Missiyanın üçüncü günündə ÜST Azərbaycan yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə "Fəaliyyət üçün məlumat" adı altında sessiya keçirəcəkdir. Tədbirin əsas məqsədi effektiv strategiyaların işlənib-hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmağın əhəmiyyətini müzakirə etməkdir.

Sağlamlıq       Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar hava proqnozu şou biznes xəbərləri azerbaycan son xeber bugun