Üz iflicinin yaranma səbəbləri - Həkim açıqladı
Dondurucu soyuq hava üz iflici riskini özü ilə gətirir.
KONKRET.az xəbər verir ki, mütəxəssislər soyuq havalarda çölə şərfsiz çıxmamaq barədə xəbərdarlıq edib. Üz iflici haqqında məlumat verən nevroloq həkim Nurhan Şahinkaya bildirib ki, üz əzələləri beyindəki 7-ci sinir tərəfindən idarə olunur:
"Əgər bu sinir öz funksiyalarını yerinə yetirə bilmirsə, üz əzələləri iflic olur. Üz iflici üz sinirinin qıcıqlanması nəticəsində yaranır. Xəstəliyin əmələ gəlməsində əsasən viruslar təsirli olur, lakin digər amillər də var. İnsanda kəllə zədəsi, şit və ya borrelioz virusu ilə keçən xəstəlik üzün iflicinə səbəb olur. Bundan əlavə, şəkər, yüksək təzyiq və beyin qanaması da üz iflicinə səbəb ola bilər".
N.Şahinkaya, bildirib ki, üz iflici hər yaşda və hər fəsildə ola bilir:
"Əslində bütün fəsillərdə görülsə də xəstələrin əksəriyyəti şikayətlərindən bir neçə saat əvvəl soyuq, külək və havalandırma fanlarına məruz qaldığını bildirirlər. Üz iflici insandan insana çox fərqli şəkildə özünü göstərir. Bəzən çox yüngül formada olur.Üz iflicini ancaq insan gülümsədikdə başa düşmək olar. Bəzən ağzının bir küncü sallanır və insanın ağzından davamlı damlalar axır və ya göz qapaqları bağlana bilmir. Soyuq havaya çıxmazdan əvvəl üz və başa şərf, beret, xizək maskası kimi qoruyucu əşyaların taxılması lazımdır. Maşın sürənlərin isə şüşələrini açmaması məsləhətdir. Bu xəstəliyin müalicəsində saqqızın faydası daha çoxdur".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto