Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR - Bel-boyun hissələrdə

Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR - Bel-boyun hissələrdəUzanaraq kitab oxumağı rahatlıq və istirahət üçün ideal hesab edirsiniz? Bəs bu günahsız görünən vərdişin görmə qabiliyyətinizə, duruşunuza və bel-boyun ağrılarına səbəb ola biləcəyini bilirdinizmi?
KONKRET.az xəbər verir ki, həkimlər və duruş mütəxəssisləri bu vərdişin bir sıra sağlamlıq problemlərinə yol aça biləcəyini xəbərdar edirlər.
Görmə zəifliyindən tutmuş, ciddi dayaq-hərəkət sistemi pozğunluqlarına qədər…
Gözlərin gərginləşməsi
Uzanaraq oxumaq zamanı ilk zərər görən orqanlardan biri gözlərdir. Bu vəziyyətdə göz ilə mətn arasındakı optimal məsafəni (təxminən 30-40 sm) qorumaq çətinləşir. Kitab və ya cihaz çox yaxın və ya narahat bucaq altında tutulur. Bu da göz əzələlərinin həddindən artıq işləməsinə səbəb olur.
Bu vəziyyət uzun müddət davam edərsə, aşağıdakı fəsadlar yarana bilər:
Göz yorğunluğu (astenopiya): yanma, göynəmə, quruluq, qızartı
Bulanıq görmə: müvəqqəti görmə dəqiqliyinin azalması
Baş ağrıları: göz və boyun əzələlərinin gərginliyindən qaynaqlanır
Yaxından görmənin (miopiya) irəliləməsi: uzanaraq oxumaq birbaşa səbəb olmasa da, meyilli insanlarda prosesin sürətlənməsinə səbəb ola bilər
Bundan əlavə, uzanaraq oxuyarkən düzgün işıqlandırma təmin olunmur. İşığın düzgün yerləşdirilməməsi və ya zəif işıq gözlərin daha da gərginləşməsinə səbəb olur.
Duruş problemləri
Uzanaraq oxumaq rahat görünsə də, uzun müddət mətnə fokuslanmaq üçün bu vəziyyət fizioloji baxımdan əlverişli deyil. İstər kürəklə, istər yan, istərsə də qarın üstə uzanmaq – hamısı onurğa və əzələləri qeyri-təbii mövqeyə salır:
Qarın üstə
Ən zərərli mövqedir. Baş ya tam arxaya əyilir, ya da yana çevrilir ki, bu da boyun fəqərələrinə ciddi yük salır. Bel nahiyəsi əyilir, bu isə bel, çiyin və boyun ağrılarına, əzələ spazmlarına və hətta fəqərə yırtıqlarına səbəb ola bilər.
Kürək üstə
Kitabı üstdə saxlamaq və ya başı yastıqlarla qaldırmaq boyunun gərgin və bükülü vəziyyətdə qalmasına səbəb olur. Eyni zamanda qollar tez yorulur, və insan mövqeyini dəyişməyə məcbur olur.
Yan üstə
Bu mövqe onurğanın, xüsusilə boyun və döş qəfəsi hissəsinin əyilməsinə səbəb olur. Baş qeyri-təbii əyilmiş olur, bir çiyin yuxarıda, digəri aşağıda qalır. Bu isə əzələlərə və oynaqlara qeyri-bərabər yük düşməsinə, ağrılara, uşaqlarda və yeniyetmələrdə isə skolyoz və digər duruş pozğunluqlarına səbəb ola bilər.
Uzun müddət bu vəziyyətlərdə qalmaq xroniki bel və boyun ağrılarına, gərginlik səbəbli baş ağrılarına və qan dövranının pozulmasına gətirib çıxara bilər.
Digər mümkün problemlər
Qarın üstə oxumaq daxili orqanlara da təzyiq göstərə bilər. Bu vəziyyət diafraqmanın tam hərəkət etməsinə mane olur və nəfəs alma ilə həzm prosesinə mənfi təsir göstərə bilər.
Necə düzgün oxumalı?
Mütəxəssislər oxumaq üçün oturaq vəziyyəti tövsiyə edirlər. Ən ideal mövqe – düz arxalı və bel dəstəyi olan stulda oturmaqdır. Kitab və ya cihaz gözlərdən 30-40 sm məsafədə, bir qədər aşağıda yerləşdirilməlidir ki, baş çox əyilməsin. Eyni zamanda parlamayan, amma mətni yaxşı işıqlandıran işıq mənbəyi vacibdir.
Əgər yenə də çarpayıda oxumağa üstünlük verirsinizsə, yarımoturaq vəziyyətdə olun. Bel və boyun üçün yastıq dəstəyi istifadə edin, kitabı isə mümkün qədər gözlərə uyğun məsafədə saxlayın və ya xüsusi stenddən istifadə edin.//Milli.Az

Sağlamlıq       Tarix: 24 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər