Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
İranın ali rəhbəri Seyid Əli Xamənei Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın hədəfə alınmasından sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
KONKRET.az xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Məlumata görə, iclas İsrail ordusunun Beyrutun cənubunda "Hizbullah"ın mövqelərinə hücumundan və qruplaşmanın lideri Həsən Nəsrullahın hədəf alınmasından sonra çağırılıb.
Qeyri-rəsmi mənbələrə görə, İsrail qruplaşması "Hizbullah"ın Beyrutdakı mərkəzi qərargahını bombalayıb. Həsən Nəsrullahın da orada olduğu iddia olunur. Əməliyyat nəticəsində onun və iranlı generalın öldüyünə dair məlumatlar yayılıb.
Sosial şəbəkədə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın öldürülməsi ilə bağlı paylaşımlar edilib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra Sepah generalının ölümü ilə bağlı xəbərlər yayılıb.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb