XANIMLAR MÜTLƏQ OXUSUN! - Saç boyaları ÖLDÜRÜR

XANIMLAR MÜTLƏQ OXUSUN! - Saç boyaları ÖLDÜRÜRBöyük Britaniyada saçını boyatmaq istəyən 27 yaşlı Rayan Briqsin halı pisləşib. Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb. Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub. Hazırda onun həyatına təhlükə yoxdur. 
Məlumdur ki, saç boyalarından bir qayda olaraq, zərif cinsin nümayəndələri istifadə edirlər. Maraqlıdır Azərbaycanda gözəllik salonlarında bu hal tez-tezmi yaşanır? Bənzər fəsadlar olurmu? Bununla bağlı araşdırma aparmaq üçün bir neçə gözəllik salonuna baş çəkib real vəziyyətlə maraqlandıq.
KONKRET.az xəbər verir ki,ilk olaraq saç ustası Maral Qurbanova bildirdi ki, allergik reaksiyalar boyaların növlərinə əsasən baş verir: "İki cür rəng var: kimyəvi və bitki tərkibli rənglər. Ən yaxşısı bitki tərkibli olanlardır. Onlar kefiyyətli və qalıcıdırlar. Saça parıltı verir və tökmür. Amonyakı çox olan rənglər isə ziyanlıdır. Çünki saçı və dərini yandırmaqla yanaşı, həssas adamlarda allergik reaksiyaya səbəb olur. Bu rənglərin bir çoxu zirzəmilərdə küstar üsulla hazırlanır. Onların tərkibi isə ümumiyyətlə, bəlli deyil. Belə müştərilərimiz çox olub. Onların gözü şişir, dəriləri qızarır. Hərə öz bədənini tanımalı və nəyə allergiyası olduğunu bilməlidir".
Məlhəm Beynəlxalq Hospitalın həkim dermatoloq Pərviz Dadaşov deyir ki, saç boyaları cəmiyyətdə geniş yayılıb.Demək olar ki, 18 yaş üzərində olan bütün xanımlar saçlarını boyayırlar: "Boyalar 3 tipə bölünür. Birincisi keçici saç boyalarıdır. Onlar saça sürüldükdən və 1-2 dəfə yuyulduqdan sonra gedir. İkinci saç boyaları yarıqalıcıdır ki, bunlar 5-6 dəfə yuyulduqdan sonra gedir. Bunlar saçın dibinə hopmurlar. Amma ən qorxduğumuz qalıcı saç boyalarıdır ki, onların tərkibində hidrogen pereoksid və ya ammonium-hidroksid deyilən maddələr var. Bunlar saçın xarici təbəqəsindən daxilə keçdikdə keratin tərkibində olan kükürd molekulları ilə birləşir,  daha böyük həcmə gəldikləri üçün çölə çıxa bilmirlər və daim o saç rəngini dəyişirlər. Bu saç yalnız dibdən yeni saç çıxdıqda yenilənir.
Həmin saç bir daha köhnə rənginə qayıtmır. Ən pislərdən biri də saç rəngini açan maddələrdir. Bunlar da toplumda geniş istifadə olunur. Onlar da saçı zədələyir. Saç boyalarının zərərli olub-olmaması haqda düşündükdə saçın quruluşunu bilməliyik. Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır. O, saçı xarici təsirlərdən qoruyur və nəm saxlayır. Kimyəvi tərkibli boyalar həmin təbəqəni dağıdır. Dağılan saçlar kövrək, qırılqan, quru və ətraf mühitə qarşı həssas olurlar.
Və saç 50 faiz civarında tamlığını itirir. Saç boyalarının saçdan başqa allergik zərərləri də ola bilər. Qızartı, qaşınma verə bilər. 2006-2008-ci illərdə bəzi saç boyalarının xərçəng yaratma riski araşdırılıb və məlum olub ki, sidik kisəsi xərçənginə saç boyaları ilə məşğul olan bərbərlərdə daha çox rast gəlinib. Amma son dönəmlərdə bu araşdırmaların nəticələri tam müəyyən edilməyib".
Onun sözlərinə görə, 2006-cı ildə Avropa Birliyinin tibib komissiyasının toplanıb saç boyalarını müzakirə etməsi nəticəsində əvvəllər saç boyalarında istifadə edilən 22 maddənin istifadəsi qadağan edilib: "Amma bu o demək deyil ki, indiki saç boyalarındakı maddələr çox yaxşıdır, yəni bunları istifadə etmək olar. Hətta organik, təbii adla istifadə edilən saç boyalarının  tərkibində orqanizmə zərərli kimyəvi maddələr var. Digər aspektdən baxdıqda insan saçını boyamaq məcburiyyətindədirsə, seçim olaraq qalıcı boyalardan istifadə etməsin. Ən idealı isə süni boyalardan istifadə etməmək, təbii-xına kimi boyalardan istifadə məsləhətdir".
Dermatoloq Fərhad Qarayev bildirib ki, saç boyalarının tərkibində olan maddələrə qarşı bəzi insanlarda sadəcə allergik reaksiya olur: "Bu o demək deyil ki, onlar zərərlidir. Bu, sadəcə, həmin insanların həmin maddələrə qarşı həssaslığından irəli gəlir. Onlar o tərkibdə olan vasitələrdən uzaq durmalıdırlar. Bu maddələr boya, kosmetik vasitələrdə, təbii qidalarda da ola bilər. Hansısa saç boyasında hansısa maddənin zərərli ola bilməsi fikrini tədqiq etməli, araşdırmalı və tapmalıyıq".
"Yeni Müsavat"

Sağlamlıq       Tarix: 10 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən xəbər sonxeber xeberler bu gun