Xeyrindən çox, zərəri olan "Nimesil" – Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
Ümumiyyətlə, dərmanlar və onların təsirləriylə bağlı fikirlər hər zaman müxtəlif olub.
Son vaxtlar "Nimesil" ağrıkəsicisi ilə bağlı müzakirələr artıb. Belə ki, bəzi həkimlər, o cümlədən, əczaçılar nimesili çox da tövsiyyə etmir, onun insan orqanizminə mütxəlif zərərlərinin olduğunu qeyd edirlər.
Həmçinin, sosial mediada bir əczaçının "Nimesil"i qrip üçün alanlara irad bildirdiyi video da gündəm olub. Yəni, "Nimesil"lə bağlı müzakirələr bitmir.
KONKRET.az xəbər verir ki, həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev də Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini bildirib.
Həkim açıqlamasının əvvəlində qeyd edib ki, istənilən dərman zəhərdir, həkimlərin əlində müalicə vasitəsidir.
Nimesil əsasən nə üçün istifadə edilməlidir?
"Təbii ki, istənilən dərmanın effektivliyi, hansı orqanlara təsir etdiyi nəzərə alınmalıdır.
"Nimesil" preparatı da iltihab əleyhinə vasitədir, ağrı kəsir, tempraturu endirir, qeyri-steroid iltihab əleyhinədir"- deyə həkim bildirib".
Dərmanın zərərlərinə gəlincə, müsahibimiz vurğulayıb ki, dərmanı 12 yaşdan aşağıların istifadə etməsi məsləhətli deyil.
""Nimesil" böyrəklərdən xaric olunduğu üçün böyrək çatışmazlığı, böyrəyində xəstəlik olan insanların qəbul etməsi məsləhətli deyil, məcbur qaldıqları halda isə dozası azaldılmalıdır. "Nimesil" müxtəlif reaksiyalar verə bilər. Məsələn: tərləmə, nəfəs darlığı, qızartılar və dəridə qaşınmalar… Düzgün istifadə olunmadığı zaman isə yuxu gətirə, qusmaya, mədə ağrısına səbəb ola bilər. Əslində, bu fikirlər bütün dərmanlara aiddir".
Xidmetler [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…