Xocalı yenidən qurulur, dirçəlir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Arzu Əliyeva Müstəqillik Gününü Xocalı şəhərində yerli sakinlərlə birlikdə keçiriblər.
Həmin gün Xocalıdan olan bir qrup vətəndaşımıza yeni evlərinin açarları təqdim olunub, Prezident Xocalı sakinləri ilə səmimi söhbət edib. Bu, həqiqətən də dövlət başçısının böyük əməyi və əziyyəti sayəsində reallaşan bir prosesdir. 44 günlük Vətən müharibəsinin Zəfərlə yekunlaşmasından sonra mərhələli şəkildə həyata keçirilən uğurlu işlər, 2023-cü ildə bir günlük antiterror tədbirinin həyata keçirilməsi ilə dövlət suverenliyimizi tam bərpa etdik. Beləliklə, bizim tarixi torpaqlarımız separatçılardan və erməni terroristlərdən tamamilə təmizləndi. Bu gün artıq biz Xocalıya geri qayıdışı qeyd edirik.
Cənab Prezident Xocalıda mühüm açıqlamalar verdi və uzun illərdir Xocalı soyqırımı ilə əlaqədar böyük abidə-kompleksinin Bakıda tikilməməsinin səbəblərini də açıqladı. Dövlət başçısı qeyd etdi ki, mən bu torpaqlara geri qayıdacağımıza inanırdım. Ona görə məhz bu məsələ təxirə salınmışdı. Məlum olduğu kimi, Xocalı şəhidlərinin xatirəsinə ucaldılacaq Memorial Kompleksin təməli Xocalıda qoyulub.
Xocalı yenidən qurulub, dirçəlib böyük şəhərə çevriləcək. Artıq şəhər sakinlərinin üzü gülür. Xocalıda Müstəqillik Gününün qeyd edilməsinin də rəmzi mənası var. İlk dəfə idi ki, biz Müstəqillik Gününü bütöv Azərbaycanda qeyd etdik. Xüsusilə də Xocalıda elə bir bayramın keçirilməsi dünyaya və bizim torpaqlarımızı işğal etmiş, zülm yaşatmış ermənilərə mühüm mesaj idi ki, bu hadisələrdən nəticə çıxarsın. Dövlət başçısı sakinlərlə söhbətində bildirdi ki, Ermənistan həmin cinayətlərə görə üzr istəməlidir. Onu da qeyd edək ki, həmin cinayətkarların bir neçəsi hazırda Azərbaycanda həbsdədir və onların istintaqı davam edir. Ancaq bəziləri də var ki, qaçıb gizlənə bilib. İnanırıq ki, onlar da qanun qarşısında cavab verəcəklər. / azxeber.com

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi