Yaxşı görmək istəyirsinizsə bu qidalardan çox yeyin
Göz sağlamlığını qorumaq və görmə qabiliyyətini uzun müddət yüksək səviyyədə saxlamaq üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bəzi vitamin və antioksidantlarla zəngin olan qidalar gözləri gücləndirir, yaşla bağlı görmə zəifləməsinin qarşısını alır.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, xüsusilə A, C və E vitaminləri, həmçinin sink və omega-3 yağ turşuları ilə zəngin məhsullar gözlər üçün faydalıdır. Bu maddələr retina sağlamlığını dəstəkləyir, quruluq və yorğunluq hissini azaldır, eyni zamanda katarakta və sarı nöqtə xəstəliyi (makula degenerasiyası) riskini azaldır.
Göz sağlamlığını qoruyan başlıca qidalar bunlardır:
Yerkökü – Beta-karotin mənbəyidir və A vitamini ilə zəngindir.
İspanaq və kələm – Lutein və zeaksantin adlı antioksidantlarla doludur.
Balıq (xüsusilə somon və sardina) – Omega-3 yağ turşuları ilə zəngindir.
Yumurta – A vitamini, lutein və sink tərkibli faydalı qidadır.
Qoz, badam və günəbaxan tumu – E vitamini və sağlam yağlarla zəngindir.
Narenciye meyvələri (portağal, limon) – C vitamini ilə göz toxumalarını qoruyur.
Qeyd edək ki, oftalmoloqlar tövsiyə edir ki, balanslı qidalanma ilə yanaşı, kifayət qədər su içmək, gözləri uzun müddət ekran qarşısında yormamaq və müntəzəm göz müayinəsi də görmənin qorunmasında vacib şərtlərdir.

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə 'Oxunguzar' incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyuldu - FOTO
Prezident Zəngəzur dəhlizi barədə danışdı
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
İlxom Maxkamov: 'Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq
Su sızması ustası hansı xidmətləri göstərir?
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Azərbaycanda 'Netflix' və 'eBay' vergi uçotuna alınıb
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb