Yeni doğulan uşaqlarda serebral iflici - Səbəblər

Yeni doğulan uşaqlarda serebral iflici - SəbəblərUşaq serebral iflic xəstəliyi ilk dəfə olaraq avstraliyalı psixoanalitik Ziqmund Freyd tərəfindən XIX əsrin sonunda aşkar edlilib. Xəstəlik baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir. Baş beynin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döllərdə, yeni doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Psixi pozulmalar müxtəlif şəkildə - yüngül geridə qalmadan imbesil (əqli zəifliyin növü) dərəcəsinə qədər çata bilir.
Səbəblər
bətndaxili infeksiya, intoksikasiya, ananın şəkərli diabet, anemiyadan əziyyət çəkməsi, hamiləlik zamanı düzgün qidalanmama, vitamin çatışmazlığı, stress, gec və vaxtından əvvəl baş verən doğuşlar, doğuş travması uşaq serebral iflicinin əmələ gəlməsinə səbəb olur. Həmçinin hamiləlik dövründə ananın tütün məhsullarından, narkotik vasitələrdən, alkoqoldan istifadə etməsi və yaş faktoru yəni ananın yaşının 35-dən yuxarı olması bu xəstəliyin yaranmasına gətirib çıxarır.
Ananın hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar - məxmərək, herpes, kəskin respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və inkişafdanqalma halları yaranır.
Xəstəliyin gedişatı
Uşaq serebral iflicləri reqrediyent gedişə malikdır. Yəni onun gedişi yavaş olub, müxtəlif dərəcəli yaxşılaşmalarla davam edir. Epilepsiyanın əlavə olunması proqnozu pisləşdirir və xəstəliyin gedişi reqrediyentdən proqrediyentə keçə bilər. Proqnoz əsasən beynin zədələnməsinin vaxtından və dərəcəsindən asılıdır. Bətndaxili inkişafın ilk aylarında antenatal zədələnmə olduqda proqnoz ağırlaşır. Beyin qüsurları, eybəcərliklər onun hamiləliyin birinci yarısında zədələnməsi ilə əlaqədardır. Diaqnozun tez qoyulması və müalicəyə vaxtında başlanması müəyyən nəticə əldə etməyə imkan verir. Mərkəzi sinir sisteminin zədələnməsinin vaxtında aşkar edilməsi və lazımi müalicə ocaqlarına göndərilməsi üçün bütün yeni doğulmuş uşaqların nevroloji müayinəsi aparılmalıdır.
Müalicəsi
Hərəki funksiyaların bərpa və inkişafında müalicə bədən tərbiyəsi, masaj, isti vannalar mühüm əhəmiyyət kəsb edir. Xüsusi aparat vasitəsilə müvafiq proqram üzrə iflic olan əzələlərə elektroimpulslar verilir. Müalicənin yaxşı nəticə verməsi üçün uşaq nevropatoloqu və ortopedi birlikdə fəaliyyət göstərməlidirlər. Ortopedik kömək nəticəsində deformasiya və kontrakturların qarşısı alınır. Xəstəyə B1, B2, B6, B12, E, A vitaminlərindən ibarət müalicə kursu təyin olunur. Uşağın psixi inkişafını yaxşılaşdırmaq məqsədilə də müalicə aparılır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az