Yeni il hədiyyələrindəki rəngarəng təhlükə - Körpələrimizi necə qoruyaq?

Yeni il hədiyyələrindəki rəngarəng təhlükə - Körpələrimizi necə qoruyaq?Yeni ilə az qalıb. Bu vaxt gələndə ən çox uşaqlar sevinir. Sevinclərinin başlıca səbəbi isə bir-birindən rəngli, bahalı və ziyanlı hazır Yeni il hədiyyələridir. Zaman-zaman bu hədiyyə qutularından şikayət edən də olur, onu sevə-sevə alıb uşağına aparan da.
Bəs qida ekspertləri, həkimlər bu mövzuda hansı fikirdədir?
KONKRET.az xəbər verir ki, məsələ barədə Trend-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Yeni il hədiyyə qutuları azyaşlılar üçün nəzərdə tutulduğuna görə, onların etibarlı şirkətlər, istehsalçılar tərəfindən hazırlanması ən önəmli faktorlardan biridir.
"Qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı, eyni zamanda, onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi olduqca vacibdir. Əlavə olaraq bu məhsulların hər birinin ayrı-ayrılıqda tərkibi verilməli, son istifadə müddəti və istehsal tarixi göstərilməlidir.
Bəzən Yeni il hədiyyəsini açdıqda görürük ki, nə vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məlumatları olur. Bu zaman yük, məsuliyyət valideynlərin üzərinə düşür. Onlar aldığı hər bir qidanı diqqətlə yoxlayıb, övladlarına verməlidirlər.
Əks halda vaxtı keçmiş, tərkibində konservantlar çox istifadə olunan, kimyəvi maddələrdən istifadə edilərək rəf ömrü uzadılan qida məhsulları olarsa, bir çox uşaqlarda həzm probleminə gətirib çıxara bilər", – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, eyni zamanda, onların tərkibində bəzən çərəzlər də olur və bu da alergik reaksiya yarada bilir.
"Ona görə valideyn mütləq şəkildə məhsulun tərkibi ilə bağlı ətraflı məlumatı bilib və yeni olanını uşağa təqdim etməlidir. Ən yaxşı halda, yaxşı olardı ki, uşağın sevdiyi və onun orqanizminə uyğun olan qida məhsullarından toplayaraq, özləri Yeni il qutusunu hazırlasınlar. Bu, ən təhlükəsiz hesab olunan üsuldur.
Bəzən qutuların içində oyuncaqlardan da istifadə edirlər ki, bu oyuncaqların da mənşəyə bəlli olan yerdən alınması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı bir təhlükə yaratmadığını bilmək lazımdır.
Əks halda ucuz, qablaşdırılmış, mənşəyə bəlli olmayan hədiyyə qutuları uşaqlar üçün təhlükə mənbəyi ola bilər. Bəzən bu kimi maddələrdən olan zərərlər anında öz təsirini göstərmir, müəyyən bir vaxtdan sonra hər hansı bir sağlamlıq problemlərinə gətirib çıxarır.
Yeni il qutularında istifadə olunan meyvə suları mənşəyi bəlli olan, keyfiyyətli istehsal edilən məhsul olmalıdır. Çünki uşaq orqanizmi, immun sistemi bir çox hallarda zəif olur, inkişaf prosesi getdiyinə görə qəbul etdiyi bütün qidalar onların sağlamlığında böyük rol oynayır".
Pediatr Aytən İsmayılzadə isə bildirib ki, bu qutuların içində çox vaxt istehsal tarixindən çox keçib, bitmə vaxtına az qalmış məhsullar olur.
"Belə olmasa belə, orada faydalı heç nə olmur. Yəni bir qutu içində tərkibcə eyni olan mənsullar təklif edilir. Tərkib dedikdə burada şəkər, müxtəlif dadlandırıcılar, rəngləndiricilər nəzərdə tutulur. Onlar palma yağlı, marqarinli məhsullardır ki, içərisində faydalı heç nə yoxdur".
Həkim vurğulayıb ki, Yeni il hədiyyə qutularında olan qidalar uşaların sağlamlığına ziyan vurur.
"Bu qidalar uşaqlarda allergiyanı gücləndirir, mədə-bağırsaq sistemini korlayır, orqanizmdə faydalı elementlərin yerini tutmağa çalışır. Yəni buradakı maddələr, trans yağlar faydalı yağların yerini tutmağa çalışır, beləliklə, orqanizmə zərər verir. Hansı uşaq allergikdirsə, onlarda biz qəbizlik, öskürək, burun axmasının artması, dəridə səpkilərin olması, qarında ağların artmasını görə bilərik", – deyə o əlavə edib.

Sağlamlıq       Tarix: 14 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri xəbər.az hava haqqinda xeberler