Yeni virusla bağlı MÜHÜM AÇIQLAMA

Yeni virusla bağlı MÜHÜM AÇIQLAMASon vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, "kataral vəziyyət", səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan virus mövcuddur:
"Hazırda kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyil. Vətəndaşları ən çox narahat edən isə son günlər Çində eyni klinik simptomlar göstərən yeni bir virusun –  metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal, dekabrın sonunda Tayvandda "Money UDN" nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında qeyd edilən iddialardır. Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı, qloballaşan bir dünyada yaşayırıq. Odur ki, "dünən" dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, "sabah" onun ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var. "Hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq" fikri tamamilə absurddur".
Professor metapnevmovirusun yeni olmadığını vurğulayıb:
"Bu, hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir, düz 65 ildir ki, bizimlə yol yoldaşıdır. Cinsindən və irqindən asılı omayaraq, insanlar arasında bu virusa yoluxma daima baş verib və verir. Yoluxmada fəsli sıçrayışlara gəldikdə isə bu təbii və qanunauyğun bir haldır. Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar müşahidə edilməyib. Bildirilir ki, bu virus, xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxuludur. Qeyd etməliyəm ki, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur".
M.Qəniyev qeyd etdi ki, hazırkı virus infeksiyası ekliptik hərəkət boyunca ardıcıl növbələşən üç dalğa şəklində davam etməlidir:
"Hazırkı birinci dalğa, yanvar ayının ikinci yarısına kimi saxlanılacaq, daha sonra fevral ayının birinci ongünlüyünə qədər ikinci dalğa olacaq – yoluxmada stabilləşmə müşahidə ediləcək, ikinci ongünlüyündən etibarən isə üçüncü dağlanı görəcəyik – kəskin zəifləmə olacaq. Nəhayət, mart ayının 2-ci ongünlüyündən etibarən sporodikləşmə və sönmə baş verəcək. Xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotik, antibakterial dərman maddələri, eləcə də insanlarımızın çox sevdiyi "sistem vurdurmaq" mütləq əks göstərişdir. Yoluxmanın ilkin və davam etdiyi müddətdə müalicə prinsipi, bütün hallarda inteqrativ təbabətin tövsiyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır. Xəstə olmayan şəxsin maska taxması da məsləhət deyil".

Sağlamlıq       Tarix: 08 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 en sonxeber axsam az xeberler bugunun xeberleri