"Yer tapmayacağıq" - Fransada koronavirus XƏBƏRDARLIĞI
"Fransada koronavirusa yoluxanların sayı yaxın günlərdə artacaq".
KONKRET.az xəbər verir ki, bu barədə "France Inter" radiostansiyasına müsahibəsində ölkənin səhiyyə naziri Olivye Veran bildirib.
Onun sözlərinə görə, yanvar ayı ölkənin xəstəxanaları üçün çox çətin ay olacaq və tibb işçiləri bunu başa düşür:
"Biz indi iki böyük təhlükə ilə üz-üzəyik – ümumi baxım palatalarını həddən artıq yükləyən omikron ştamı və reanimasiya şöbələrində xəstələrin sayının artmasına səbəb olan delta ştamı. Bu iki təhdid eyni cavabı tələb edir – peyvəndlər və revaksinasiyalar, o cümlədən, xüsusən də uzaqdan işləmək və böyük toplantılara qadağa ilə bağlı səlahiyyətlilərin göstərişlərinə əməl etmək".
Fransa hazırda koronavirus pandemiyasının beşinci dalğasını yaşayır. Hazırda 20 minə yaxın koronavirusa yoluxmuş insan xəstəxanalardadır. Fransada pandemiyanın başlanğıcından bəri 123 mindən çox insan koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto